Misir Azərbaycan arasında aviasiya sahəsində Anlaşma Memorandumu imzalanmışdır

 

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikası Mülki Aviasiya Nazirliyinin dəvəti ilə həmin ölkədə səfərdə olmuşdur. Səfərin məqsədi Bakı ilə Qahirə arasında birbaşa hava xəttinin açılmasıdır.

Misirin Mülki Aviasiya Nazirliyində keçirilmiş görüşdə hər iki ölkənin aviaşirkətlərinə müntəzəm reyslərin yerinə yetirilməsi üçün əlavə imkanlar yaradan Anlaşma Memorandumu imzalanmışdır. Yaxın gələcəkdə Bakı-Qahirə-Bakı marşrutu üzrə yeni reysin açılması da planlaşdırılmışdır. "Egypt Air" aviaşirkəti tərəfindən yerinə yetiriləcək reys ölkələrimiz arasında siyasi, iqtisadi, tarixi mədəni əlaqələrin daha da inkişafına təkan verəcəkdir. Görüşdə Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov iştirak etmişdir.

Nümayəndə heyətinin rəhbəri Arif Məmmədov Misirin beynəlxalq əməkdaşlıq naziri, Azərbaycan-Misir hökumətlərarası komissiyasının həmsədri xanım Faizə Əbu əl-Nəqə ilə görüşmüşdür. Görüşdə xanım Faizə Əbu əl-Nəqə Azərbaycana birbaşa uçuşların turizm digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına kömək edəcəyini bildirmişdir.

Sonra xanım Faizə Əbu əl-Nəqə Arif Məmmədovu öz otağında təşkil etdiyi Azərbaycan mədəniyyəti guşəsi ilə tanış etmiş, ölkəmizin mədəniyyətini incəsənətini daim təbliğ etdiyini qonağın diqqətinə çatdırmışdır. Misir turizm sektorunun digər ölkələrlə müqayisədə ucuz xidmətlər təklif etdiyini nəzərə çarpdıran nazir ölkə turizminin təbliğində Azərbaycanın dəstəyinə ümid etdiyini vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-30 mart.-S.7.