Unudulmaz xilaskar
Xeyirxah insan el-obada daha çox tanınır. Belələri həyatdan köçəndə
də gördüyü
işlər, yaxşı
əməllər yaddaşlarda
yaşayır, nəsildən
nəslə ötürülür.
Belə insanlardan biri Salyanın məşhur
din xadimlərindən olan
Mirbağır ağadır.
O, 1857-ci ildə Salyanda
anadan olmuş, ilk təhsilini buradakı mədrəsədə almışdır.
Qeyri-adi istedadı müəllimlərinin
nəzər- diqqətindən
yayınmır. 1887-ci ildə təhsilini davam etdirmək üçün onu Nəcəf ül-Əşrəfə
göndərirlər. Dini, dünyəvi elmlərə mükəmməl
yiyələndikdən sonra
bir neçə il Nəcəf
şəhərində, oxuduğu
məktəbdə müəllim
işləyir, 1909-cu ildə
vətənə qayıdır.
O, islam dininin,
onun mahiyyətinin əhali tərəfindən
kor-koranə deyil, şüurlu, məntiqli şəkildə dərk edilməsi üçün
yorulmadan fəaliyyət
göstərir. Xurafata, savadsız
mollalara qarşı mübarizə aparır. "Qurani-Kərim"i dərindən bilən
Mirbağır ağa gəncləri oxuyub öyrənməyə,
yaxşı əməllər sahibi olmağa səsləyir.
Yoxsullara, kimsəsiz
adamlara əl tutmaq, kömək etmək onun həyat amalı
olmuşdur. Bunun üçün torpaq sahələri icarəyə
götürmüş, taxıl əkib-becərmiş,
yetişdirdiyi məhsulu ehtiyacı olan müsəlmanlara
paylamışdır. 1918-ci ildə erməni
daşnakları Azərbaycanın bir çox bölgələri
kimi, Salyana, qonşu Neftçala rayonuna gəlib
çıxmışlar. Gəmilərlə
Xəzər dənizi vasitəsilə Kür çayına
girən ermənilər sahil boyu kəndləri talan edib
yandırır, dinc əhaliyə divan tuturdular. Belə bir vaxtda Mirbağır ağa Kərbəlayı
Rəşid ilə öz puluna hərbi sursat
almışdı. Kifayət qədər
nüfuz sahibi olan Mirbağır ağa erməni hücumundan əhalini,
xüsusilə qadın və uşaqları xilas etmək
üçün türk əsgərlərini Salyana
çağırmışdı.
Axund Hacı Əlqəmə,
Salyan şəhər sakini: - 1918-ci ildə ermənilər
öz mənfur niyyətlərini həyata keçirmək
üçün gəmilərlə Kür çayına girərək
Salyana yaxınlaşırlar. Öz nüfuzu sayəsində
yerli əhalini ermənilərlə silahlı mübarizəyə
səfərbər edən Mirbağır ağa Mirəşrəf
ağa ilə birlikdə, eyni zamanda indiki Hacıqabul rayonu ərazisində
yerləşən türk qoşunlarının bir
bölük əsgərinin və topçu dəstəsinin
Salyana gətirilməsinə nail olur. Ərəbqardaşbəyli
və Qaraqaşlı kəndləri ərazisində
döyüş baş verir. Hərb sənətinin incəliklərindən
baş çıxaran Mirbağır ağanın həmin
döyüşdə "Şıxlinski
üçbucağı"nı
uğurla tətbiq etməsi nəticəsində top mərmisi
birbaşa ermənilərin gəmisinə düşür və
gəmidə dəhşətli partlayış baş verir. Bundan qorxuya düşən erməni
talançıları pərakəndə halda
döyüş meydanından qaçırlar.
Şərqiyyə Səfərova,
Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini: - Atam
danışırdi ki, Mirbağır ağanın məsləhəti
ilə ermənilərlə döyüşdən qabaq
qadınları, uşaqları, yaşlı adamları
yaşayış yerlərindən xeyli uzağa apardıq. Təxminən 5-6 kilometr kənarda yerləşdirdik
ki, onlara ziyan dəyməsin. Özümüz
isə Kür çayının sahilinə gəldik. Atamgil Mirbağır ağanın rəhbərliyi ilə
iki gün həmin ərazidə ermənilərlə
vuruşublar. Ağanın məsləhəti
ilə atam Kürün qırağındakı söyüd
ağacına çıxıb həm müşahidə
aparmış, həm də düşmənə sərrast atəş
açmışdır. Atam onu da deyirdi
ki, Mirbağır ağanın qabaqlayıcı tədbirləri
olmasaydı, ermənilər bütün kənd əhalisini
qıracaqdılar.
Qəhrəman Əliyev,
Salyan rayonunun Kürqaraqaşlı kənd sakini: - Atam
sağlığında mənfur ermənilərin Kür
çayı üstündə yerləşən kəndlərə
necə divan tutduqlarından bizə tez- tez söhbət
açardı. Deyirdi ki, 1918-ci ildə, ermənilərin
hücumundan əvvəl Mirbağır ağa Mirəşrəf
ağa ilə bizim kəndə gəldi. Camaat
bunu eşitcək onları qarşılamağa
çıxdı. Mirbağır ağa kəndin
kişilərinə müraciət edərək dedi: "Əziz
həmyerlilərim, yurdumuz təhlükədədir. Ermənilər buranı viran etmək istəyirlər.
İndi qeyrət vaxtıdır. Biz nəyə qadir olduğumuzu onlara göstərməliyik.
Yurdumuzu qorumalıyıq. Bura
erməni ayağı dəyməməlidir. Əgər onlar buraları dağıtsalar,
başımıza papaq qoymağa haqqımız yoxdur. Ermənilərə qarşı cihad elan edirik!"
Onun
çağırışına kəndin bütün
kişiləri qoşulur. Əgər
Mirbağır ağa olmasaydı, ermənilər kəndləri
viran edəcəkmiş. Atam Eynal da
Mirbağır ağanın könüllülər dəstəsində
torpağımızı ermənilərdən qoruyanlardan biri
olub.
Haqq
sözünü dediyi, bu yoldan çəkinmədiyi
üçün Mirbağır ağa 1937-ci ildə həbs
edilir və bir də geri dönmür.
Seyran Cavadov
Azərbaycan.-2009.-30 mart.-S.7.