Bizim Azər müəllim

 

XX əsrdə böyük bir ziyalı nəsli Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin tanınması, təbliğ olunması və dünya ictimaiyyəti tərəfindən qəbul olunması üçün böyük zəhmətlərə qatlaşmışdı. Onlar görkəmli şair yazıçılarımızın əsərlərini, şeirlərini rus başqa dillərə tərcümə edərək dünya oxucusuna çatdırmış, milli ənənə dəyərlərə bağlanan zəngin mədəniyyətimiz, incəsənətimiz haqqında müxtəlif xalqların mətbuatında mütəmadi çıxış etmişlər. Bunun nəticəsi idi ki, keçmiş SSRİ Xalqları Ədəbiyyatı sırasında Azərbaycanın adı birincilərdən idi.

Azərbaycan ədəbiyyatının, mədəniyyətinin incəsənətinin tanınmasında böyük əməyi olan ziyalılarımızdan biri tərcüməçi-publisist, SSRİ-nin əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr"in direktoru Azər Abdulla oğlu Mustafazadədir. Azər müəllim 70 illik həyatının yarıdan çoxunu harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq əsl ziyalı kimi xalqına millətinə xidmət etmiş, xüsusən keçmiş SSRİ-nin paytaxtı Moskvada mühüm vəzifələrdə çalışdığı illərdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının təbliği ilə məşğul olmuşdur. Söz düşəndə dövrün ziyalı nəsli, yaşıdları deyir ki, Azər Mustafazadə Moskvada ədəbiyyatımızdan, incəsənətimizdən daha çox ziyalılığımızın, saflığımızın təbliğçisi idi, yaşadığı ömrünün ən böyük qazancı sahib olduğu təmiz adam imicidir. O, bu imici böyük ziyalılığı təmənnasızlığı ilə qazanıb. Əlini , əməlini , ruhunu da, mənəviyyatını da tərtəmiz saxlayıb. Bu təmizlik artıq onun zahiri görünüşünə hopub.

Azər Mustafazadə 1939-cu il martın 27- Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi doğma Bakıda bitirdikdən sonra həmin il Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur 1964-cü ildə oranı müvəffəqiyyətlə bitirir. Həmin ildən əmək fəaliyyətinə başlayan A.Mustafazadə bir neçə il "Literaturnıy Azerbaydjan" jurnalında şöbə müdiri məsul katib vəzifəsində işləyir. 1968-1971-ci illərdə isə SSRİ Yazıçılar İttifaqının orqanı olan nüfuzlu "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. O, bu vəzifəsindən istifadə edərək işlədiyi müddətdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti incəsənəti haqqında dəfələrlə dəyərli yazılar yazaraq qəzetin səhifələrində çıxış edir, Azərbaycanın görkəmli ziyalılarını SSRİ oxucusuna tanıtdırırdı.

Azər Mustafazadə 1972-ci ildən 1983-cü ilə qədər Moskvada SSRİ Yazıçılar İttifaqında Azərbaycan Ədəbiyyatı üzrə Şuranın məsul katibi vəzifəsinə irəli çəkilir. Bu vəzifəni şərəflə yerinə yetirən azərbaycanlı ziyalı ədəbi-bədii tərcüməçilik fəaliyyətindən qalmır, canla-başla Azərbaycanın ədəbiyyatının təbliğinə xidmət edir. Moskvada çalışdığı illərdə o, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Fərman Kərimzadənin, Sabir Əhmədovun, Kamal Abdullanın başqalarının əsərlərini rus dilinə çevirərək Moskvanın nüfuzlu nəşriyyatlarında çap etdirir. Bundan başqa, paytaxtda mühüm ədəbi-bədii tədbirlərin təşkil edilməsində keçirilməsində xüsusi fəallıq göstərir.

Azərbaycan mədəniyyətini, ədəbiyyatını incəsənətini hər zaman yüksək dəyərləndirən Azərbaycanın böyük oğlu Heydər Əliyev həmin illərdə Azərbaycan KP MK-nın birinci katibi idi. A.Mustafazadənin Moskvadakı fəaliyyəti Heydər Əliyevin diqqətindən yayınmamış, ona dəfələrlə rəsmi təşəkkür etmişdir.

Azər müəllimin Moskvadakı fəaliyyəti getdikcə genişlənir, tez-tez mühüm vəzifələrə irəli çəkilirdi. Lakin 1983-cü ildə Vətənə - Azərbaycana dəvət olunur. Əvvəlcə Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya Kitab Ticarəti işləri Komitəsində sədr müavini təyin edilir bundan başqa müxtəlif partiya vəzifələrinə irəli çəkilir.

1990- ildə isə Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr"ə direktor təyin edilir. Azər müəllim 20 ilə yaxındır ki, bu vəzifədə çalışır, Azərbaycanda kitabçılığın inkişafına xidmət edir. Elə buradaca qeyd etmək istərdik ki, Azər müəllimin "Azərnəşr"ə rəhbərlik etdiyi ilk illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsindən təyinatla göndərilən gənc mütəxəssislərdən biri mən idim. Azər müəllim hər işçiyə fərdi qaydada yanaşır, gənclərə xüsusilə diqqət göstərirdi. Bir neçə gün öncə bu 70 yaşlı ziyalımızla görüşmək üçün "Azərnəşr"ə getdim. Azər müəllim əvvəlki kimi idi, elə bil heç dəyişməmişdi. Ot kökü üstə bitər, deyiblər. Azər müəllimin atası Abdulla Mustafazadə dövrünün böyük ziyalısı, eyni zamanda saf təmiz ağsaqqalı olub.

Azər müəllimin "Azərnəşr"ə rəhbərlik etdiyi ilk illərdə müqəddəs kitabımız Qurani-Kərim nəfis şəkildə Azərbaycan dilində çap olundu. Söhbət əsnasında bildirdi ki, Qurani-Kərimin nəşrinə məndən əvvəl "Azərnəşr"in direktoru olmuş böyük ziyalımız Əjdər Xanbabayev başlamışdı: "Demək olar ki, o, bu işin yarısını görmüşdü. Çox təəssüf ki, Əjdər müəllim xəyanətin qurbanı oldu, başladığı yarımçıq qaldı. Mən bu vəzifəyə təyin olunduqdan sonra kollektiv olaraq bu işi davam etdirdik Qurani-Kərimin nəfis şəkildə yüksək tirajla çapına nail olduq. Aradan bir-iki il keçəndən sonra Qurani-Kərim təkrar nəşr olundu".

Bundan başqa "Azərnəşr" fundamental elmi əsər olan "Azərbaycan tarixi", Qarabağ problemləri, erməni terroruna həsr edilmiş onlarla dəyərli kitab çap etmişdir. Ulu öndərimiz Heydər Əliyevin "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 26 cildi A.Mustafazadənin bilavasitə rəhbərliyi iştirakı ilə işıq üzü görmüşdür bu uğurla davam etdirilir.

İndi ölkədə bütün nəşriyyatlar özəlləşib, necə deyərlər, yeni yaradılmış nəşriyyatlar, yayım evləri redaktordan, bir təqdim olunmuş əlyazmaları səhifələyən texniki işçidən ibarətdir. "Azərnəşr" isə bütün iqtisadi maliyyə çətinliklərinə digər çatışmazlıqlara baxmayaraq yaşayır sahib olduğu statusu var gücü ilə qoruyub saxlayır. "Azərnəşr"in dövlət nəşriyyatı kimi qorunub saxlanmasında direktor Azər Mustafazadənin əməyi böyükdür. Böyük ziyalımız deyir ki, keyfiyyətli kitab çap etmək üçün güclü redaktə, peşəkarlıq vacibdir, ən əsası isə kitab mütəxəssisi olmaq lazımdır.

Azər müəllim bu günlərdə ömrünün 70-ci baharını yola salır. Hörmətli ziyalımıza hələ bundan sonra uzun ömür yaradıcılıq uğurları arzulayırıq.

 

 

Rəsmiyyə Rzalı

 

Azərbaycan.-2009.-30 mart.-S.8.