Ermənilər tarixin ibrət dərslərindən nəticə çıxarmağa məcburdurlar

 

Azərbaycan xalqına qarşı erməni vəhşiliyinin tarixi 200 ildən əvvələ gedib çıxır. Bu müddət ərzində ermənilər xalqımıza qarşı dəfələrlə soyqırımlar törətmiş, şəhərlərimizi, kəndlərimizi xarabalığa çevirmişlər. Qarşılarına çıxan azərbaycanlıları qanına qəltan edən, uşaqlara, yaşlılara belə rəhm etmədən ağlasığmaz işgəncələr verən erməni qaniçənləri vəhşicəsinə öldürdükləri insanların meyitlərini təhqir etməkdən, azyaşlı uşaqları körpələri diri-diri tonqala atmaqdan ya torpağa basdırmaqdan belə çəkinməmişlər.

Təəssüflər olsun ki, bu insan qatillərinin bənzəri olmayan vəhşilikləri obyektiv ya subyektiv səbəblərdən zaman-zaman unutdurulmuş, tarixi məqamlar təhrif olunmuşdur. Bu məsələyə böyük ürək ağrısı, vətəndaş yanğısı ilə yanaşan ümummilli lider Heydər Əliyev deyirdi: "Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir".

Təsadüfi deyildir ki, ulu öndər 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqında" 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" fərmanlar imzalamışdır. Ermənilərin Azərbaycan xalqının başına gətirdikləri bəlaların, törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında məhz həmin fərmanlar əhəmiyyətli rol oynamış, dövlət səviyyəsində sistemli tədbirlər hazırlanıb həyata keçirilmişdir.

Tarixi mənbələrdən bəllidir ki, azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda Azərbaycanın digər bölgələrində analoqu olmayan qəddarlıqla həyata keçirilmişdir. Həmin ərazilərdə dinc əhali kütləvi surətdə qəltə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Vətənimizin füsunkar güşələrindən olan Şamaxı da ermənilərin soyqırımına məruz qalmış, 1918-ci ilin mart-aprel aylarında Şamaxıda onun ətraf kəndlərində kütləvi cinayətlər törədilmiş, həmvətənlərimiz vəhşicəsinə qətlə yetirilmişdir.

Şamaxılıların ən çox qətlə yetirildikləri ərazidə 2002-ci ildə soyqırım abidəsi ucaldılıb. Hər il martın 31-də bu abidə önünə gələn şamaxılılar erməni soyqırımına məruz qalmış həmvətənlərimizin xatirəsini ehtiramla yad edirlər.

Soyqırım faciəsinin tədqiqatçılarından olan filologiya elmləri doktoru Seyfəddin Qəniyev söhbət zamanı bildirdi ki, ötən əsrin 60-cı illərində Şamaxı arxivi yenidən yandırılanda 1918-ci ilin qırğınına aid tək-tük sənədlər məhv edilib. Həmin vaxt hamı bildi ki, özlərini təmizə çıxarmaq üçün arxivi ermənilər yandırmışlar...

Tarixi mənbələrdən şahid ifadələrindən bəlli olur ki, 1918-ci ilin soyqırımı zamanı Şamaxı qəzasının 90-a yaxın, rayonun özünün isə 40-dan artıq kəndi faciəyə məruz qalmışdır. Şamaxı şəhərində təqribən 14-16 min, bugünkü Şamaxı Qobustan ərazilərindəki kəndlərdə isə 6-8 min insan qətlə yetirilmiş, 18 min nəfərdən çox qaçqın olmuşdur.

Mənbələrdə həmçinin Şamaxı qəzasında 58 kəndin yandırılaraq yerlə yeksan olduğu barədə məlumat verilir.

Məşədi Sadıq Əli oğlunun xatirələrindən: "Mən onda uşaq idim. On yaşım olardı. Biz evimizin zirzəmisində gizləndik. Gözlərimlə gördüm ki, adamları güllələyir, sonra küçəyə yığır, üstlərinə xalça-palaz atıb yandırırlar. Hətta körpə uşaqları diri-diri həmin odun üstünə atırdılar".

Umud İsrafilov: "Anam danışırdı ki, ermənilər uşaqlı qadınları bir yerə yığır, gözlərinin qabağında körpələrini öldürür, balaca uşaqların cəsədini nizəyə taxırdılar. Vəhşiliyə dözməyib ürəyi gedən anaları yerindəcə qətlə yetirib körpələrini nizə ilə onların sinələrinə sancırdılar".

Bəli, o dövrü gözləri ilə görmüş insanların xatirələrini həyəcansız dinləmək olmur. Dəhşətə gəlirsən, inana bilmirsən ki, bütün bu vəhşilikləri törədənləri vaxtsa ana doğub!..

Sənədlərdən xatirələrdən o da bəlli olur ki, ermənilər istər şəhəri, istərsə Şamaxının müsəlman kəndlərini müqavimətsiz tuta bilməmişlər. Yurd-torpaq qədri bilən oğullar silahlanıb düşmənlə ölüm-dirim savaşına çıxmışlar. Belə oğullardan ibarət dəstələrin birinə Şamaxı qəzasının rəisi olmuş Azad bəy Osmanbəyov başçılıq edirmiş...

Nəhayət, iyul ayının 20-də Nuru Paşanın ordusu Şamaxını azad edir. Təxminən dörd ay ərzində erməni daşnaklarının ayağı dəydiyi hər yer xarabalığa dönmüş, Şamaxının quruca adı qalmışdı.

Filologiya elmləri doktoru Seyfəddin Qəniyev onu da qeyd etdi ki, törədilən soyqırımda başlıca məqsəd mənfur Şaumyanın Andranikin məkrli planlarına uyğun olaraq, Şamaxıya göz dağı çəkməklə, buranı işğal edərək "müsəlmanlardan təmizləmək" daşnakları bu torpaqlarda məskunlaşdırmaq olub.

İllər ötsə , tarix boyu nahaq qanlar tökən ermənilər öz mənfur xislətlərindən, məkrli niyyətlərindən əl çəkə bilmirlər. Gözü onun-bunun torpağında, süfrəsində qalan erməni işğalçıları bəlli həqiqətlər önündə cilddən-cildə, dondan-dona girir. Ancaq son dövrlər daha artıq hiss edirlər ki, özgə torpaqlarında xam-xəyallara düşməyin, xülyalarla yaşamağın sonu çatmaq üzrədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən görüşlərdə aparılan müzakirələrdə Azərbaycanın ədalətli mövqeyinin daha çox dəstəklənməsi, dövlətimizin başçısının qətiyyətli sözünün beynəlxalq aləmdə daha çox eşidilməsi iqtisadi çətinliklər məngənəsində sıxılan Ermənistanın çaşqınlığını inamsızlığını artırmaqdadır. Getdikcə təklənən, məkrli düşmən tərəfin bircə yolu qalır: tarixin dərslərindən birdəfəlik ibrət götürmək!

 

 

Telman Nəzərli

 

Azərbaycan.-2009.-31 mart.-S.2.