Ağsaqqallar Şurasının V qurultayı keçirilmişdir

 

Qurultayda respublikanın 70 rayonundan seçilmiş 312 nəfər nümayəndə, Milli Məclisin deputatları, dövlət hökumət rəsmiləri iştirak etmişlər.

AAŞ-ın sədri, akademik Budaq Budaqov qurultayı açıq elan etmiş, Azərbaycanın dövlət himni səslənmişdir.

Qurultay nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevi yekdilliklə Ağsaqqallar Şurasının fəxri üzvü seçmişdir.

Qurultayda Ağsaqqallar Şurası Rəyasət Heyətinin hesabatı dinlənilmişdir. Akademik Budaq Budaqov yenidən Ağsaqqallar Şurasının sədri seçilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən sədr B.Budaqov bildirmişdir ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev vaxtilə ulu öndərimiz Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət qayğını davam etdirir. Azərbaycanın sürətlə inkişaf etdiyini, əhalinin rifah halının günbəgün yaxşılaşdığını vurğulayan AAŞ sədri demişdir ki, bütün xalqımız kimi, ağsaqqallar da müasir Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaqdır. Məruzədə son illərdə Azərbaycanın dünyada ən sürətli inkişaf edən dövlətə çevrildiyi, dövlətimizin başçısının həyata keçirdiyi tədbirlər sayəsində hər sahədə uğurlar qazanıldığı, bütün bunların nəticəsi kimi dünyada maliyyə böhranının Azərbaycana təsir edə bilmədiyi vurğulanmışdır.

Azərbaycanda aparılan quruculuq işlərində ağsaqqalların da öz əməyini əsirgəmədiyi, xüsusən gənc nəslin tərbiyəsində onların rolu xüsusi qeyd edilmişdir.

Sonra çıxış edən AAŞ aparatının rəhbəri Famil Gözəlov qurultaya müxtəlif təşkilatlar tərəfindən göndərilmiş təbriklər barədə məlumat vermiş, təşkilatın Nizamnaməsinə təklif edilən əlavə dəyişiklikləri qurultay nümayəndələrinin diqqətinə çatdırmışdır.

Qurultayda təşkilatın nəzarət-təftiş mandat komissiyalarının hesabatı da dinlənilmişdir.

Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev qurultayda çıxış edərək Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirmişdir. O demişdir ki, Azərbaycan dövləti ağsaqqallara, onların rəy təkliflərinə böyük hörmətlə yanaşır. Dövlətimizin başçısı İlham Əliyev rayonlara səfərləri çərçivəsində həmişə ağsaqqallarla görüşür, onlarla fikir mübadiləsi aparır, qayğılarını diqqət mərkəzində saxlayır.

Sürətlə inkişaf edən ölkəmizin qarşısında böyük vəzifələrin dayandığını deyən Ə.Mehdiyev bildirmişdir ki, bu işlərdə cəmiyyət içərisində hörməti, nüfuzu ilə seçilən ağsaqqalların da məsləhətlərinə ehtiyac duyulur. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur.

Hesabat məruzəsi ətrafında çıxış edən qurultay nümayəndələri Prezident İlham Əliyevin dövlətçiliyimizin qüdrətlənməsi inkişafı yolunda apardığı məqsədyönlü siyasəti dəstəklədiklərini bildirmiş, bu siyasətin uğurlu nəticələrindən söhbət açmışlar.

Qurultayda rayon şəhər şuralarının fəaliyyətindən, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, yeniyetmə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində ağsaqqalların rolundan da danışılmışdır.

Qurultayda AAŞ-ın 39 nəfərdən ibarət məclisi 20 nəfərdən ibarət rəyasət heyəti seçilmiş, təşkilatın himni, bayrağı, emblemi döş nişanı təsdiq edilmişdir.

Qurultayda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-31 mart.-S.7.