Məqsədimiz Belçika ilə Azərbaycan arasında dostluq münasibətlərini inkişaf
etdirməkdir
Məqsədimiz Belçika ilə Azərbaycan arasında dostluq münasibətlərini
hərtərəfli inkişaf
etdirməkdir.
Bu sözləri Azərbaycanda səfərdə olan Belçika Krallığı Senatının Qadın və Kişi Hüquqlarının Bərabərliyi üzrə Məsləhət Şurasının sədri, senator xanım Dominique Tilmans jurnalistlərə müsahibəsində demişdir.
O bildirmişdir ki, səfərin məqsədi Belçika cəmiyyətində Azərbaycanla bağlı bilgiləri zənginləşdirmək, Belçika dövlət rəsmiləri və ictimai-siyasi xadimlərinin ölkəmizlə əlaqələrini daha da genişləndirməkdir.
Ölkəmizə səfərindən məmnun qaldığını vurğulayan xanım D. Tilmans belə səfərlərin davamlı olmasının vacibliyini qeyd etmişdir.
Belçikalı qonaqlar səfər
çərçivəsində bir sıra görüşlər
keçirəcək, qadın
və kişi hüquqlarının bərabərliyi,
parlamentlərarası əlaqələrin
genişləndirilməsi və
s. məsələlər
barədə danışıqlar
aparacaqlar.
Azərbaycan.-2009.-31 mart.-S.7.