Dünyanı su
qıtlığından xilas etmək hər bir dövlətin
borcudur
Martın ortalarında İstambulda beşinci Dünya su forumu keçirildi. Toplantıda siyasətçilər, ictimai xadimlər və su naminə kampaniya fəalları təmsil olunurdu. Forumun əsas mövzusu dünyanın üzləşməkdə olduğu daha bir böhranın - su böhranının aradan qaldırılması yollarını birgə axtarmaqdır. BMT-nin son hesabatına görə, növbəti 20 il ərzində Yer kürəsi əhalisinin yarısı kəskin su qıtlığı problemi ilə üzləşəcək. Hesabatda xəbərdarlıq edilir ki, dünya əhalisinin sayının artması və iqlimin dəyişməsi su çatışmazlığını daha da artıracaq. Martın 22-dək davam edəcək forumda su infrastrukturuna qoyulan investisiyaların artırılması məsələsi də araşdırılacaq.
Ta qədimdən insanlar qidalanmaq və əkib-becərmək üçün axtarıb tapıb su qaynaqlarının ətrafında məskunlaşıblar. Su qlobal əhəmiyyətə malik strateji silahdır. Lakin dünya əhalisi artıqca bu nemət tükənməyə başlayır. BMT-nin xüsusi araşdırmalarına əsasən, dünyada suya tələbat qarşıdakı yarım əsrdə iki dəfə artacaq. Statistik məlumatlara görə, dünya əhalisinin 3 milyarda yaxını hər gün içməli su qıtlığı çəkir. Tükənmək üzrə olan su qaynaqları sənayeləşmə və şəhərləşmə nəticəsində çirkləndirilir və istifadəyə yararsız hala salınır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə dünyanın 400-dən çox hidroloq və aqronomunun apardığı tədqiqatlar zamanı gəldikləri nəticəyə görə, su probleminin həlli ərzaq probleminin həlli qədər asan olmayacaq. Yaranan böhran artıq dünyada su biznesinin inkişafına da təkan verir. Məsələn, Çin və Sinqapur daxil olmaqla Asiyadakı su şirkətləri bu istiqamətdə fəaliyyətlərini genişləndirirlər. İnvestorlar su qaynaqlarını satın alır və suyun təkrar emalı məqsədilə investisiyalar yatırırlar.
Türkiyədəki su qaynaqlarını satın almaqla bağlı bu ölkənin hökumətinə müraciət də ünvanlayıblar. İsrailli investorlar Türkiyədə istehsal edəcəkləri suyu öz ölkəsinə daşıyaraq ABŞ-a, ingilislər isə Türkiyənin su bazarında satmağı planlaşdırırlar. Türkiyə su qaynaqlarına sərmayə yatıran investorların daha çox diqqətini çəkir. Bu da Türkiyənin təbii su qaynaqları ilə zənginliyi və qaynaqların qiymətinin daha ucuz olması ilə bağlıdır. Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə hazırda su emalı ilə 200-dək qeydiyyatdan keçmiş firma məşğul olur. Yağış və yeraltı sular ölkənin suya tələbatının yalnız yarısını ödəyə bilir. Qalan su ehtiyacını qonşu Malayziyadan idxal etməklə ödəyir.
Dünya Su Şurasının rəhbəri Loik Fauçon narahatlıqla bildirib ki, su bolluğu dövrü geridə qalıb. Odur ki, suyu israf etməmək lazımdır. O, su çatışmayan ölkələrə digər ölkələrin yardım etməli olduğunu bildirib: "Dünya ölkələri bir-birilə su kanalları vasitəsilə bağlanmalıdır". BMT-nin Baş katibinin müavini Şa Yukonq isə dünyanın bütün bölgələrinə bərabər şəraitdə su çatdırılması üçün təcili tədbirlərin görülməsini vacib sayıb.
Hazırda dünyanın ən çox susuzluqdan əziyyət
çəkən ölkələri sırasında birinci yeri
Afrika tutur. Əslində, bu qitə beynəlxalq su hövzələrinin
üçdə birinə malikdir, lakin bu qədər su mənbələrinin
6 faizindən istifadə edə bilir. Bu gün Afrikada 300 milyon insan təmiz
Cənubi Qafqazdakı vəziyyətə
gəlincə, burada ümumi su ehtiyatının 62 faizi
Gürcüstanın, 28 faizi Ermənistanın, 10 faizi isə
Azərbaycanın payına düşür. Ərazisinin
hər kv.km-nə və əhalinin hər nəfərinə
düşən yerüstü su ehtiyatları göstəricisinə
görə, ölkəmiz Cənubi Qafqaz ölkələri və
Rusiyadan geridə qalır. Azərbaycanın yeraltı
içməli su mənbələrində 23764,28
milyon kubmetr gün-su ehtiyatı var. Orta illik yerüstü su
ehtiyatı isə 32,3 milyard kubmetrdir. Respublikamızın
ərazisinin dörddə üç hissəsi Kür
çayı hövzəsinə düşür və bu
çay ölkə əhalisi üçün əsas
içməli su mənbəyidir. Azərbaycana
Kür çayı vasitəsilə daxil olan suların
çox hissəsi Gürcüstan və Ermənistan ərazisində
formalaşır. Təəssüf ki, bu
sular da qonşu ölkələr tərəfindən daim
çirkləndirilir. Yeri gəlmişkən
qeyd edək ki, Ermənistan və Gürcüstan hələ də
Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq
Konvensiyaya qoşulmayıb. Azərbaycan isə
bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o
cümlədən transsərhəd suların mühafizəsi
üzrə konvensiyanın iştirakçısıdır.
Şirin su ehtiyatlarımızın kiçik
bir qismi də Araz çayı hesabına formalaşır ki,
bu da İran və Ermənistan tərəfindən çirkləndirilir.
Şimaldan-Rusiyanın Dağıstan ərazisindən
gələn Samur çayı da normalara uyğun deyil.
Belə bir vəziyyətdə
mövcud su ehtiyatlarından səmərəli istifadə, bərabər
bölgüsü, su mənbələrinin çirklənmədən
etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb
edir. Bu il fevralın 23-də ölkə Prezidenti
İlham Əliyev Azərbaycanda regionların inkişafına
dair Dövlət Proqramının (2004-2008-ci illər) icrasının
yekunlarına həsr olunmuş konfransda ölkənin içməli
su təchizatı ilə bağlı da məsələyə
toxundu: "Növbəti illər ərzində içməli
su təchizatı, meliorasiya, suvarma məsələlərinə
daha böyük diqqət göstərilməlidir. Biz növbəti
beş ildə tamamilə bu problemləri həll
etməliyik. Oğuz-Qəbələ-Bakı su
kəmərinin tikintisi uğurla davam edir. Mən
bunu çox tarixi və önəmli hadisə kimi qəbul
edirəm. Bunun çox böyük rəmzi
mənası var. Neft kəmərinin fəaliyyəti
hesabına əldə edilmiş gəlirlər su kəmərinin
tikintisi üçün yönəldilibdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin
tikintisi Azərbaycan Dövlət Neft Fondu tərəfindən
maliyyələşir. Samur-Abşeron
kanalının tikintisinin də çox böyük əhəmiyyəti
var. Taxtakörpü su anbarı tamamilə su təhlükəsizliyi
məsələlərimizi təmin edəcəkdir. Bu da çox önəmlidir. Xüsusilə,
indiki zəmanədə nəzərə alsaq ki, Azərbaycanın
su mənbələrinin böyük əksəriyyəti
ölkəmizin hüdudlarından kənarda formalaşır.
Biz su təhlükəsizliyi məsələlərinə
çox ciddi yanaşmalıyıq. Ekologiya
Nazirliyi xətti ilə bölgələrdə Kür-Araz
çayları boyunca yerləşən kəndlərdə
sutəmizləyici qurğuların quraşdırılması
və beləliklə, yüz minlərlə insanın təmiz
içməli su ilə təmin edilməsi məsələsi
də öz həllini tapır. Su - həyat
deməkdir, sağlamlıq deməkdir. Növbəti
illərdə biz bu layihəni daha geniş şəkildə həyata
keçirəcəyik. Artıq digər
göstərişlər də verilibdir ki, Azərbaycan
uzunmüddətli qaydada su təhlükəsizliyini təmin edə
bilsin".
Dünyanın
müxtəlif ölkələrindən siyasətçilərin,
elm xadimlərinin, qeyri-hökumət təşkilatlarının
təmsilçilərinin və BMT-nin strukturlarının rəhbərlərinin
apardıqları müzakirələrin yekununda
"İstambul su konsensusu"nun qəbul ediləcəyi
gözlənilir.
Rəsmiyyə Rzalı
Azərbaycan.-2009.-31
mart.-S.8.