Azərbaycan Prezidenti İlham Əliyev Fransanın xarici ticarət üzrə dövlət katibi, Fransa-Azərbaycan Birgə İqtisadi Komissiyasının həmsədri
Ann-Mari İdrakın başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev martın 19-da Fransanın xarici ticarət üzrə dövlət katibi, Fransa-Azərbaycan Birgə İqtisadi Komissiyasının həmsədri
xanım Ann-Mari İdrakın
başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir.
Xanım Ann-Mari İdrak Fransa Prezidenti Nikola Sarkozinin məktubunu dövlətimizin
başçısına təqdim
etdi, onun salamlarını və xoş arzularını çatdırdı.
Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli
münasibətlərin müxtəlif
istiqamətlərdə - siyasi,
iqtisadi, enerji, mədəniyyət və
digər sahələrdə
genişlənməsindən məmnunluq ifadə olundu, ölkəmizdə Fransa şirkətlərinin
uğurla fəaliyyət
göstərdikləri bildirildi.
Söhbət zamanı
komissiyanın Bakıda
keçirilən iclasının
əhəmiyyətinə də
toxunuldu, Fransanın iş adamlarından ibarət nümayəndə
heyətinin Azərbaycana
səfərinin əlaqələrin
daha da inkişaf
etdirilməsi baxımından
önəmi vurğulandı.
Dövlətimizin başçısı Fransa
Prezidenti Nikola Sarkozinin
salamlarına görə
minnətdarlığını bildirdi, özünün də salamlarını və xoş arzularını Fransanın
dövlət başçısına
çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.-2009.-20 mart.-S.1.