Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür

 

 Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva martın 19-da YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür.

Koişiro Matsuuranı yenidən Azərbaycanda görməkdən məmnunluğunu söyləyən Mehriban Əliyeva "Muğam aləmi" Beynəlxalq festivalında iştirak etmək üçün ölkəmizə gəldiyinə görə ona təşəkkür etdi, son dövrdə Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığın daha da inkişaf etdiyini bildirdi.

 Ölkəmizə növbəti dəfə səfər etməsindən şad olduğunu bildirən YUNESKO-nun baş direktoru Azərbaycanda Beynəlxalq muğam festivalının keçirilməsini yüksək qiymətləndirdi.

Görüşün sonunda Heydər Əliyev Fondu BMT-nin Təhsil, Elm Mədəniyyət Təşkilatı (YUNESKO) arasında qeyri-maddi mədəni irsin qorunması üzrə strateji hədəflərə nail olmaq məqsədi ilə əməkdaşlıq sazişi imzalandı.

Sazişi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koişiro Matsuura imzaladılar.

Sənəddə hər iki tərəf YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunmasına dair 2003-cü il tarixli konvensiyasının həyata keçirilməsinə öz töhfəsini vermək, bu sahədə imkan təcrübələrdən istifadə etməklə sıx əməkdaşlığı davam etdirmək niyyətini bir daha bildirmişdir.

Heydər Əliyev Fondu YUNESKO xoşməramlılıq prinsiplərini rəhbər tutaraq inkişaf edən ölkələrdə şəraitin yaxşılaşdırılması, peşəkar inkişafa xüsusi diqqət yetirməklə qeyri-maddi mədəni irsin qorunması sahəsində birgə tədbirlərin keçirilməsi barədə razılığa gəlmişlər.

İmzalanma mərasimindən sonra Koişiro Matsuura Mehriban xanım Əliyevaya YUNESKO-nun xatirə gümüş medalını təqdim etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 mart.-S.2.