Beynəlxalq Muğam Festivalı çərçivəsində filarmoniyada konsert proqramı olmuşdur

 

 Martın 19-da "Muğam aləmi" Beynəlxalq festivalı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında konsert proqramı olmuşdur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva YUNESKO-nun baş direktoru Koişiro Matsuura konsertdə olmuşlar.

Proqramda Fikrət Əmirovun "Şur", "Gülüstan-Bayatı Şiraz" "Kürd ovşarı" simfonik muğamları səslənmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 mart.-S.2.