Muğam üzrə beynəlxalq elmi simpozium bölmə iclaslarında işini davam etdirmişdir

 

Martın 19-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "Muğam aləmi" Beynəlxalq festivalı çərçivəsində beynəlxalq elmi simpozium bölmə iclaslarında öz işini davam etdirmişdir.

"Muğam bədii elmi təfəkkür kontekstində" bölməsi üzrə keçirilən iclasda Azərbaycan, Rusiya, Niderland, ABŞ iraqlı alimlərin 12 məruzəsi dinlənilmişdir.

"Muğam, məqam müasir modal musiqi" bölməsində isə Azərbaycan, ABŞ rusiyalı alimlərin muğam haqqında elmi araşdırmaları təqdim edilmişdir.

Suriyadan gəlmiş Səəd Hannibalın fikrincə, muğam festivalının keçirilməsi iki cəhətdən - muğamın qorunması inkişaf etdirilməsi, onun müsəlman ölkələrinin mədəniyyətləri arasında əlaqələrin möhkəmləndirilməsinə təsiri baxımından olduqca əhəmiyyətlidir.

Qonaq demişdir: "Azərbaycanın müasir musiqisi üzərində təkmilləşdirmələr aparılması təqdirəlayiqdir. Bunu öyrənmək bizim üçün önəmlidir. Mən musiqiçiyəm, festivallar təşkil edirəm, Azərbaycanın birinci xanımının beynəlxalq muğam festivalı keçirmək təşəbbüsünü alqışlayıram. Sevindirici haldır ki, Mehriban xanım Əliyeva muğamın qayğısına qalır".

Simpoziumun işində iştirak edən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik Bəkir Nəbiyev bildirmişdir ki, bu tədbir, ilk növbədə xalqa, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, musiqisinə, muğamına olan böyük məhəbbətdir. Bu məhəbbəti yaradan, muğamı dəyərləndirən, ona qiymət verən, diqqət qayğı göstərən YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Bu, həqiqətən xalqımızın tarixi üçün çox mühüm əhəmiyyətli tədbirdir. Hərə öz qüvvəsi, imkanı etibarilə bu tədbirin böyük sarayına kiçicik bir kərpic qoya bilirsə, bununla ancaq fəxr etmək olar.

"Musiqi irsinin qorunması, inkişafı təbliği" bölməsində Azərbaycan, Macarıstan, Tacikistan, Fransa, Hollandiya, Amerika alimlərinin məruzələri dinlənilmişdir. Dünyanın məşhur muğam tədqiqatçıları onun bəzi problemləri barədə fikirlərini bölüşdülər.

Şərq musiqisini tədqiq edən alimlərin, musiqi xadimlərinin iştirakı ilə keçən simpoziumun əsas məqsədi müasir dövrdə muğam sənətinə diqqət və qayğının artırılması, muğam fəlsəfəsi, peşəkar musiqi ifaçılığının, muğamın təbliği, tədrisi, müasir dinləyici mədəniyyətinin formalaşdırılması, klassik musiqi irsinin qorunması məsələlərinə diqqət yetirməkdir

Simpozium martın 20-də "Dəyirmi masa" iclası ilə başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 mart.-S.3.