Referendum Azərbaycan qanunvericiliyinin Seçki Məcəlləsinin tələblərinə, beynəlxalq standartlara uyğun keçirilmişdir

 

Martın 18-də keçirilmiş referendumu müşahidə etmək üçün Azərbaycana gəlmiş Bolqarıstan parlamentinin nümayəndə heyəti ümumxalq səsverməsinin nəticələri ilə bağlı bəyanat yaymışdır.

Bəyanatda deyilir: "Azərbaycan Milli Məclisinin dəvətinə əsasən Bolqarıstan Respublikasının 40-cı Milli Assambleyasının Prezident Administrasiyasının 8 nəfərdən ibarət nümayəndə heyəti martın 18-də keçirilmiş referendumu müşahidə etmişdir. Müşahidə qrupunun üzvləri - Dimitar Qandev, Daut Osman, İvan İlçev, İvan Qrizanov, Yordan Yordanov, Nikola Prodanov, Petar Mratskov, Hüseyn Cəmil, Daniyel Stoyanov Bolqarıstan, Azərbaycan Gürcüstanda keçirilmiş seçkiləri müşahidə təcrübəsinə malikdirlər.

Bolqarıstan nümayəndə heyəti martın 16-dan Bakıda bir sıra təşviqat qruplarının nümayəndələri ilə görüşüb söhbət aparmışdır. Nümayəndə heyəti əhali arasında rahatlıqla təbliğat materiallarını paylayan təşviqat qruplarının gənc üzvlərini (19-24 yaşlı oğlan qızlar) müşahidə etmişlər. Onlarla söhbət zamanı məlum olmuşdur ki, təşviqatçılar fəaliyyətləri zamanı təsir ya hədə-qorxu cəhdləri ilə üzləşməmişlər. Bu, gənc nəslin Konstitusiyaya edilən əlavələrə marağını ölkənin gələcək inkişafına etinasız qalmadıqlarını göstərir söz azadlığının, demokratik inkişafın nailiyyəti kimi vurğulanmalıdır.

Martın 16-da nümayəndə heyətimiz Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov ilə görüşmüşdür. Səfir bizə referendumqabağı Azərbaycan Respublikasının ictimai, iqtisadi siyasi mühiti haqqında qısa məlumat vermiş ölkədə gedən demokratik inkişaf barədəsəfirlərinin müsbət rəyini vurğulamışdır.

Səsvermə günü nümayəndə heyətimiz 4 qrupa bölünərək Bakıda Bakı ətrafında 11 dairə üzrə (18, 19, 20, 21, 22, 24, 27, 28, 35, 36, 128 saylı dairələr) 104 məntəqədə müşahidə aparmışdır. Aşağıdakı bəyanatımız müşahidə qrupunun səsvermə prosesi ilə bağlı ümumiləşdirilmiş hesabatıdır.

Səsvermə gününün əvvəlində səsvermə fəallığı nisbətən aşağı olmuşdur, yəni saat 10:00-da təqribən 13 faiz təşkil etmişdir. Lakin gün ərzində seçicilər fəallaşmışlar. Məsələn, saat 13:00 radələrində məntəqə seçki komissiyalarında seçicilərin fəallıq göstəricisinin 55 faizə çatdığını müşahidə etdik. Seçki məntəqələri bağlanarkən müşahidələrimizə əsasən səsvermə göstəricisi 70-75 faiz arasında idi. Gənc seçicilər daha fəal idi. Səsverməyə gələn seçicilərlə söhbət əsnasında öyrəndik ki, onlar səsvermə prosedurları Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərlə yaxşı tanışdırlar. Bunun nəticəsidir ki, seçicilər məntəqələrdə vaxt itirmədən səs verirdilər. MSK-nın bu sahədəki təcrübəsi digər ölkələr üçün örnək ola bilər. Səsvermə prosesinin gedişini müzakirə etdiyimiz bütün yerli xarici müşahidəçilər bildirdilər ki, referendum normal şəffaflıq şəraitində keçmiş, qanun pozuntusu halları müşahidə edilməmişdir. Məntəqə seçki komissiyalarının üzvləri öz vəzifələrini qanun çərçivəsində yerinə yetirmişlər.

Müşahidə apardığımız bütün seçki məntəqələrində səsvermə vaxtında başlamış təşkilati işlərdə heç bir maneə qanun pozuntusu olmamışdır. Hər yerdə səsvermə otaqları Seçki Məcəlləsinin tələblərinə mükəmməl demokratik təcrübəyə uyğun olaraq səsvermənin aparılması üçün lazımi şəraitlə təmin edilmişdir. O da xüsusilə qeyd olunmalıdır ki, hər bir məntəqədə yaradılmış 8-12 səsvermə kabinəsi səsvermə prosesini daha da yüngülləşdirmişdir. Səsvermə otaqlarında yerləşdirilmiş xəbərdarlıq lövhələrində bütün zəruri hüquqi məlumatlar qeyd olunmuşdu. Səsvermənin təşkili gedişi ümumilikdə 75 faiz əla, müşahidə olunmuş səsvermə yerlərinin 15 faizində isə çox yaxşı qiymətləndirilmişdir.

Səsverməyə gələnlərdən başqa seçki məntəqələrində onların yaxınlığında hüquq-mühafizə orqanlarının heç bir nümayəndəsi olmamışdır. Seçicilərə təsir olunması barədə məlumat qeydə alınmamışdır.

Seçicilərin adlarının yoxlanması Seçki Məcəlləsinin müddəalarına müvafiq olaraq həyata keçirilmişdir. Bütün seçki məntəqələri lazımi texniki avadanlıqla təchiz olunmuşdu. Səsverməyə gələnlərin baş barmağının görünməyən mürəkkəblə işarələnməsi qaydasına ciddi riayət olunmuşdur. Məntəqə seçki komissiyalarının üzvləri öz funksiyalarına ciddi əməl etmişlər. Səsvermə zamanı məntəqə seçki komissiyaları üzvlərinin digər şəxslərin seçicilərin seçim hüquqlarına müdaxilə olunması hallarına rast gəlinməmişdir.

Xüsusilə onu da qeyd etməliyik ki, 20 saylı dairənin 7 10 saylı məntəqələri, 21 saylı dairənin 8 9 saylı məntəqələri, 27 saylı dairənin 2 saylı məntəqəsi, 35 saylı dairənin 1 3 saylı məntəqələrində səsvermənin təşkili həyata keçirilməsi Avropa ABŞ daxil olmaqla bir çox ölkələrə örnək ola bilər.

Nümayəndə heyətimiz müşahidə apararkən heç bir maneəyə rast gəlməmiş, olduğumuz məntəqə seçki komissiyalarının üzvləri sədrləri bizə müşahidə aparmaq üçün hər cür şərait yaratmışlar. Qeyd edək ki, referendumun gedişini yerli xarici mətbuat geniş işıqlandırmış, müşahidə qrupumuzun üzvlərindən müsahibələr almışlar.

Beləliklə, müşahidə qrupumuzun üzvləri aşağıdakı nəticələrə gəlmişlər:

Bizim fikrimizcə, ümumxalq səsverməsi (referendum) Azərbaycan Konstitusiyası Seçki Məcəlləsinin tələblərinə əsasən AŞ PA-nın üzvü olan ölkələrin qabaqcıl təcrübəsi, demokratik dəyərlər beynəlxalq standartlara uyğun şəkildə keçirilmişdir. Referendum sakit normal şəraitdə başa çatmışdır. Bu referendum ölkə hakimiyyətinin Azərbaycan xalqının azad seçiminə hörmətlə yanaşdığını seçicilərin Konstitusiyaya təklif olunan dəyişikliklərin lehinə ya əleyhinə seçimini təmin etmək gücünü sübut edir. Biz bəyan edirik ki, 18 mart ümumxalq səsverməsi (referendum) Azərbaycan qanunvericiliyinin Seçki Məcəlləsinin tələblərinə, Avropa ölkələrinin demokratik təcrübəsinə, dəyərlərinə uyğun keçirilmişdir.

Bəyanatı imzalamışlar: Bolqarıstan Parlamentinin üzvləri: Dimitar Qandev, Daut Osman, İvan İlçev, İvan Qrizanov, Yordan Yordanov, Nikola Prodanov, Petar Mratskov, Hüseyn Cəmil, Prezident Administrasiyasının əməkdaşı Daniyel Stoyanov.

 

Azərbaycan, Bakı. 18 mart 2009-cu il "

 

 

Azərbaycan.-2009.-20 mart.-S.4.