Bakıda "Muğam aləmi" Beynəlxalq festivalının rəsmi açılış mərasimi keçirilmişdir

 

Martın 20-də Beynəlxalq Muğam Mərkəzində "Muğam aləmi" Beynəlxalq festivalının rəsmi açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva qızı Leyla, YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bunun nəticəsidir.

YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam festivalı da Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği sevilməsi istiqamətində mühüm tədbirlərdən biridir. Festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqıdır. Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Mədəniyyətinin Dostları Fondu festivala dəstək verir. Beynəlxalq festivalın prezidenti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır.

Martın 25-dək davam edəcək "Muğam aləmi" festivalında Azərbaycan ilə yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunur. Festival çərçivəsində elmi simpozium keçirilmişdir. Bundan başqa, muğam ifaçılarının beynəlxalq müsabiqəsi keçiriləcək, müxtəlif konsertlər də təşkil ediləcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, YUNESKO-nun baş direktoru Koişiro Matsuura və digər qonaqlar mərkəzdə təşkil edilmiş qədim musiqi alətləri sərgisi ilə də tanış oldular. Burada Beynəlxalq muğam festivalında iştirak edən ölkələrin musiqi alətləri nümayiş etdirilir ki, bu da həmin ölkələrin mədəniyyəti, o cümlədən muğam sənəti barədə geniş təsəvvür yaratmağa imkan verir.

Sonra festivalın rəsmi açılış mərasimi oldu. Salona toplaşanlar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi

 

 

Azərbaycan.-2009.-21 mart.-S.4.