Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Yaap de Hoop Sxefferin birgə mətbuat konfransı

 

NATO-nun Baş katibi Yaap De Hoop Sxefferin bəyanatı

 

- Sabahınız xeyir, xanımlar cənablar. Deyə bilərəm ki, Baş katib kimi mən Şimali Atlantika Şurası Azərbaycan Prezidenti cənab Əliyevi Şimali Atlantika Şurasında yenidən qəbul etməkdən olduqca məmnunuq.

Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır. Artıq on beş ildir ki, "Sülh naminə tərəfdaşlıq" proqramı, 2005-ci ildən etibarən isə "Fərdi tərəfdaşlığın əməliyyat plan"ı çərçivəsində çalışırıq. Təbii ki, Azərbaycan nəinki regionda, o cümlədən onun hüdudlarından kənarda mühüm iştirakçıdır. Azərbaycan enerji təhlükəsizliyi baxımından çox vacib bir ölkədir NATO-nun çox dəyərli tərəfdaşıdır. Biz həmin tərəfdaşlığı genişləndiririk. Mən Əfqanıstanda İSAF əməliyyatları çərçivəsində Azərbaycanın verdiyi vacib töhfəsinə görə Prezident Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Biz bu işləri davam etdiririk gələcəkdə bu əsaslarla işləyəcəyik.

Bir neçə il bundan əvvəl mən Prezident Əliyevlə şəxsi münasibətlər qurmuşuq. Bunu nəyə görə deyirəm? Mən NATO-nun Baş katibi olmağımla yanaşı, ATƏT-in keçmişdə fəaliyyətdə olan sədri kimi ümidvar olduğumu bildirmək istəyirəm arzulayıram ki, Dağlıq Qarabağ münaqişəsi, bu problemi NATO dövlət hökumət başçılarının bu ayın əvvəlində Strasburqda keçirilmiş Zirvə görüşündə qeyd edildiyi kimi, çox vacib bildiyim mühüm prinsip - ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapmalıdır.

Prezident Əliyev Azərbaycandakı vəziyyət, regiondakı enerji durumu siyasi vəziyyət haqqında çox maraqlı təqdimatla çıxış etdi. Təbii ki, Prezident Əliyev Dağlıq Qarabağ məsələsinə diqqət yetirdi.

Cənab Prezident, Sizi burada görməyimizdən çox şad olduq məmnuniyyətlə sözü Sizə verirəm.

 

 

Azərbaycan.-2009.-1 may.-S.1.