Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Yaap de Hoop Sxefferin birgə mətbuat konfransı

 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

- Çox sağ olun, cənab Baş katib.

Dəvətə görə bir daha olduqca minnətdaram. Burada yenidən olmağıma Sizinlə görüşmək, eləcə Şurada çıxış etmək imkanına görə çox şadam.

İlk öncə, mən, cənab baş katib, şəxsən Sizə Azərbaycan-NATO münasibətlərinə verdiyiniz töhfəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq. Sizin Baş katib kimi fəaliyyətiniz təşkilatı daha da gücləndirmişdir. Eyni zamanda, apardığınız Azərbaycan kimi ölkələri təşkilata daha da yaxınlaşdırmış bir çox tədbirlərdə iştirakını mümkün etmişdir. Artıq öncə qeyd etdiyim kimi, təkcə ötən il Azərbaycan təmsilçiləri NATO-nun təşkil etdiyi 200-dən çox əməkdaşlıq tədbirində iştirak etmişlər. Biz bu tərəfdaşlığı yüksək dəyərləndiririk. Azərbaycan Əfqanıstanda öz hərbçilərinin sayını iki dəfə artırmaq üzrədir. Biz öz regionumuz bütün dünyada sülh, sabitlik təhlükəsizlik kimi ümumi işə antiterror əməliyyatlarına verdiyimiz töhfəni davam etdirəcəyik.

Bu gün müzakirə etdiyimiz məsələlər arasında, təbii ki, NATO ilə Azərbaycan arasında münasibətlərə regional vəziyyətə dair məsələlər var idi. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinə əsaslanan qəti mövqeyinə görə NATO-ya olduqca minnətdarıq. Bu, regiona çox yaxşı mesajdır. Hesab edirəm ki, biz həmin münaqişənin həlli istiqamətində yalnız bu prinsip əsasında irəliyə doğru gedə bilərik.

Bu gün biz enerji təhlükəsizliyi əməkdaşlığını müzakirə etdik. Regionda enerji təhlükəsizliyi olmadan ümumi təhlükəsizlikdən danışmaq mümkün deyil. Enerji təhlükəsizliyi əməkdaşlığı bu gün dünyada daha əhəmiyyətli məsələlərə çevrilmişdir. Yaxşı resurslara, infrastruktura coğrafi mövqeyə, o cümlədən önəmli kommunikasiyalara, siyasi əlaqələrə qonşuluğa malik olan Azərbaycan, təbii ki, gələcəkdə daha mühüm rol oynamağı planlaşdırır.

Bu günə qədər rolumuz regional hüdudlarla məhdudlaşırdı. İndi isə, hesab edirəm ki, qlobal səviyyədə qarşılıqlı əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Boru kəmərlərimiz, neft qaz ehtiyatları regionun bugünkü sabitliyi təhlükəsizliyinə xidmət edir gələcəkdə qlobal enerji təhlükəsizliyinə töhfə verəcəkdir. Buna görə bu məsələlər gündəliyimizdə davamlı olaraq birinci yeri tutacaqdır.

Azərbaycan siyasi iqtisadi dəyişikliklər siyasətini aparmaqdadır. Bu günə qədər həmin siyasət uğurlu olmuşdur. NATO-Azərbaycan əlaqələri, o cümlədən "Fərdi tərəfdaşlığın əməliyyat planı" formatı ölkəmizdə ümumi siyasi dəyişikliklərdə mühüm rol oynayır.

Yekun olaraq bildirmək istəyirəm ki, biz NATO ilə əlaqələri yüksək dəyərləndiririk. Münasibətlərimizin uzun - 15 illik tarixi var. Həmin vaxtdan biz "Sülh naminə tərəfdaşlıq" proqramının üzvüyük bu səmərəli əməkdaşlığı davam etdirmək istəyirik.

 

* * *

 

SUAL (Şahin Cəfərov, AzərTAc): Ermənistanın Azərbaycana davam edən təcavüzü bölgədə sülhün sabitliyin təmin olunmasına zərər vurur. NATO-nun bu yaxınlarda keçirilmiş yubiley sammitinin bəyannaməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlıq ifadə olunur. Perspektivdə bu münaqişənin həllini necə görürsünüz?

YAAP DE HOOP SXEFFER: İcazə verin, onunla başlayım ki, əvvəlcə qeyd etdiyim kimi, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa rol oynamır və buna çalışmır. Vaxtilə ATƏT-in fəaliyyətdə olan sədri kimi mən məsələ ilə yaxından məşğul olmuşam. Minsk qrupu, əlbəttə ki, məsələ üçün müvafiq qurumdur. Lakin siz və mən, həmçinin qeyd etdiyimiz kimi, NATO-nun üzvü olan dövlət və hökumət başçılarının Strasburqda keçirilmiş Zirvə görüşündə bir daha qeyd edilən qaydada əsas prinsip ərazi bütövlüyü prinsipidir. Ərazi bütövlüyü danışıqlar prosesində müzakirə mövzusuna çevrilməməlidir. Buna görə də mən sizin diqqətinizi Strasburq Sammitində qəbul edilmiş bəyannaməyə yönəltdim, çünki bildiyiniz kimi, vacib prinsip bundan ibarətdir. Lakin hazırda NATO, Şimali Atlantika Alyansı Dağlıq Qarabağ probleminin həllində rol oynamağa çalışmır.

Cənab Prezident, çox sağ olun.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-1 may.-S.1.