Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Nazirlər Şurasının Baş katibi, ümumi xarici təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solananın mətbuat üçün bəyanatları

 

Xəbər verdiyimiz kimi, aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Nazirlər Şurasının Baş katibi, ümumi xarici təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə görüşmüşdür.

Prezident İlham Əliyev Xavyer Solana görüşdən sonra mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış etmişlər.

 

Avropa İttifaqı Nazirlər Şurasının Baş katibi, ümumi xarici təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solananın bəyanatı

 

- Sabahınız xeyir. İcazə verin mən qısaca olaraq bildirim ki, Prezident Əliyevi burada qəbul etməkdən olduqca məmnunam.

Azərbaycan Avropa İttifaqı üçün çox önəmli bir ölkədir. Bu ölkə ilə bizim "Şərq tərəfdaşlığı" "Avropa Qonşuluq Siyasəti" çərçivəsində gözəl əlaqələrimiz var. Bizim enerji sahəsində xüsusi əlaqələrimiz var olacaqdır. Məlum olduğu kimi, bu məsələlərin bir çoxu geniş şəkildə müzakirə etdiyimiz mövzuların bir hissəsidir. Mən cənab Prezidentə bunun davam etdiriləcəyinə söz verdim. Bizim kifayət qədər vaxtımız var ki, görmək istədiyimiz bütün bu məsələləri eyni gözlə eyni baxışlarla nəzərdən keçirək. Söz verirəm ki, bu söhbəti davam etdirmək üçün Azərbaycana səfər edəcəyəm.

Onu da demək istərdim ki, Azərbaycan bizim üçün önəmli bir ölkədir. Bildiyiniz kimi, bu yaxınlarda biz bir sıra tədbirlərdə görüşəcəyik. Hesab edirəm ki, biz yenidən bir araya gələrək bu tərəfdaşlıq, o cümlədən enerji "Cənub dəhlizi" haqqında müzakirələrimizi davam etdirəcəyik.

Ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələr daha da dərinləşəcəkdir. Bu, bizim məqsədimizdir biz bu istiqamətdə çalışacağıq.

Cənab Prezident, buraya səfər etdiyinizə, ayırdığınız vaxta danışıqlar zamanı bölüşdüyünüz fikirlərə görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. İndi söz Sizindir nəticənin hasil olunması üçün biz danışıqları davam etdirəcəyik.

Cənab Prezident, bir daha Sizə təşəkkür edirəm.

 

 

Azərbaycan.-2009.-1 may.-S.1.