Azərbaycan Prezidenti İlham
Əliyevin və Avropa İttifaqı Nazirlər Şurasının
Baş katibi, ümumi xarici və təhlükəsizlik
siyasəti üzrə
ali nümayəndəsi
Xavyer Solananın mətbuat üçün
bəyanatları
Azərbaycan Prezidenti İlham
Əliyevin bəyanatı
- Sağ
olun. Dəvətə görə Sizə
təşəkkür edirəm.
Dünən və bu gün apardığım
danışıqlardan çox
məmnunam. Bu müzakirələr Avropa
İttifaqı və Azərbaycan arasındakı
əlaqələrin davamlı
inkişafı üçün
çox geniş imkanlar yaradır. Biz bu əlaqələrə
böyük önəm
veririk. Biz əməkdaşlığın səviyyəsini yüksək
dəyərləndiririk. Biz bu əməkdaşlığın
praktiki cəhətlərini
müzakirə etdik.
Əlaqələrimizin gündəliyi genişlənir.
Hazırda bu gündəlik
regional inkişafa, iqtisadi
əməkdaşlığa, siyasi islahatlara və təbii ki, enerji təhlükəsizliyi
və şaxələndirməyə
dair bir sıra məsələləri
özündə əks
etdirir.
Münaqişələrin həlli, regiondakı təhlükəsizlik - bütün
bunlar bir-biri ilə bağlı olan məsələlərdir
və bu məsələlərin həlli
üçün biz Avropa
İttifaqı ilə
Azərbaycan arasındakı
səmərəli dialoqu
davam etdirəcəyik. Bizim baxışlarımız
bir çox regional inkişaf məsələləri
üzrə üst-üstə
düşür. Bu gün
qitənin təhlükəsizliyi
sahəsində ən
mühüm məsələlərdən
biri sayılan enerji təhlükəsizliyinə
gəldikdə isə,
Azərbaycan bir dost, karbohidrogen ehtiyatlarının
etibarlı təchizat
mənbəyi və etibarlı tranzit ölkəsi kimi enerji şaxələndirilməsində
öz rolunu davam etdirəcəkdir. Bu, hamımız üçün
vacibdir.
Avropa İttifaqı və Azərbaycan arasındakı
əlaqələr qarşılıqlı
şəkildə faydalıdır. Ümid edirəm
ki, "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində
yaranacaq yeni format bu əlaqələri möhkəmləndirəcəkdir.
Bir daha qəbul edən tərəfə qonaqpərvərliyə görə
təşəkkür etmək
istərdim və cənab Solananı istənilən münasib bir vaxtda Azərbaycana
səfərə dəvət
edirəm. Bu günlərdə
apardığım danışıqlardan
dərin razılığımı
ifadə edirəm.
Sağ olun.
AzərTAc
Azərbaycan.-2009.-1 may.-S.1.