Azərbaycan Dövlət
Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin başsağlığı
2009-cu il aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı hədsiz kədərləndiyimi bildirirəm. Həlak olanların ailələrinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verərək, Ulu Tanrıdan onlara rəhmət diləyirəm. Bu çətin günlərinizdə biz hamımız ağır dərdinizi bölüşərək, sizə səbir və təmkinlilik diləyirik. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti bu hadisə ilə əlaqədar bütün lazımi tədbirləri həyata keçirəcəkdir.
Allah rəhmət eləsin!
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 aprel 2009-cu il.
Azərbaycan.-2009.-1 may.-S.1.