Prezidentin mətbuat xidmətinin məlumatı

 

Aprelin 30-da Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək, Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisədən hədsiz kədərləndiyini bildirmiş, həlak olanların ailələrinə yaxınlarına dərin hüznlə başsağlığı vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyev başsağlığına diqqətə görə Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.-2009.-1 may.-S.1.