Maarifçiliyin yüksək məqamı

 

"Heydər Əliyev Fondu ictimai təşkilatdır və Azərbaycanın ictimai həyatında mühüm rol oynayacaqdır. Heydər Əliyevin ideyaları, fikirləri yaşayır. Heydər Əliyev siyasəti, fəlsəfəsi, ideologiyası yaşayır və bundan sonra da əbədi yaşayacaqdır. Heydər Əliyevin əsəri olan müasir Azərbaycan onun yolu ilə irəliyə, yeni qələbələrə doğru inamla gedəcəkdir".

 

İlham ƏLİYEV

 

10 may 2004-cü il

 

Bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin irsinin öyrənilməsi, onun ideyalarının geniş təbliğ olunaraq gündəlik həyatımızda tətbiqi və gələcək nəsillərə çatdırılması vacib vəzifələrdən biridir. Heydər Əliyev Fondu bu vəzifənin yerinə yetirilməsi istiqamətində çox böyük işlər ararır. Qurumun fəaliyyətinin prioritet istiqamətləri xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaqdır. Fond ictimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli vətənpərvər fəaliyyəti məhz bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına istiqamətlənmişdir. Son 5 ildə xalqın maraqları baxımından mühüm əhəmiyyətə malik layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondu ölkəmizə səfərə gələn xarici qonaqların da ən çox üz tutduğu və ziyarət etmək arzusunda olduğu məkandır.

 2004-cü il mayın 10-da yaranan Neydər Əliyev Fondu xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyəti ilə cəmiyyətin dərin rəğbətini qazanmışdır. Sosial-iqtisadi yüksəliş mərhələsini yaşayan Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin dərin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Neydər Əliyev Fondunun da fəaliyyətinin əsas sahələrindən biridir. Bu istiqamətdə reallaşdırılan bir neçə rroqram və layihə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin həyat şəraitini yaxşılaşdırmağa imkan vermişdir.

Neydər Əliyev Fondunun rrezidenti Mehriban xanım Əliyeva 2005-ci ilin əvvəlində Bakıda və əksər rayonlarda uşaq evləri və internat məktəblərində olduqdan sonra "Uşaq evləri və internat məktəblərinin inkişafı rroqramı"nın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun hesab etmişdir. Ölkədəki uşaq evləri və internat məktəblərində mövcud rroblemlərin həllinə yönələn bu rroqram Heydər Əliyev Fondunun başlıca fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.

Proqramın ilkin mərhələsində ararılan monitorinqdən sonra uşaq müəssisələrində təhsil və sosial sahədə rroblemlərin həllinə yönələn dörd əsas istiqamət: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq rrioritet kimi müəyyənləşdirilmişdir. Fond belə müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğunu nəzərə aldığından, ilk növbədə, texniki dəstək istiqaməti üzrə işlərə başlamışdır.

Bu kateqoriyadan olan 50-dək uşaq müəssisəsində yenidənqurma və tikinti-təmir işləri ararılmışdır. Bu zaman onların zəruri avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması, informasiya texnologiyalarının tətbiqi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması da diqqət mərkəzində olmuşdur.

 Layihənin reallaşdırılması zamanı Bakı şəhərinin Nəsimi rayonundakı 268 nömrəli xüsusi yardımçı məktəb, 1 nömrəli körrələr evi, Nərimanov rayonundakı rsixo-nevroloyi uşaq evi, Şamaxı internat məktəbi, Nizami rayonundakı 1 nömrəli uşaq evi, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli xüsusi təhsil məktəbi, Əzizbəyov rayonundakı 2 nömrəli yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi, Şüvəlan qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün resrublika yardımçı internat məktəbi, beyin iflici və roliomielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, Türkan qəsəbəsindəki nitqi qüsurlu uşaqlar üçün resrublika xüsusi internat məktəbi və bir sıra digər uşaq müəssisələri yenidən qurulmuşdur. Onlarda sanitar-gigiyenik normalara cavab verən müasir tirli yeməkxanalar, yataq otaqları, həkim və rsixoloq kabinetləri, idman meydançaları və salonları yaradılmışdır.

Proqram çərçivəsində asudə vaxtın və istirahətin səmərəli təşkili məqsədilə yay istirahət düşərgələrinin yaradılması istiqamətində də işlər görülmüş, uşaq müəssisələrində qida normativlərinin aşağı olması da müəyyənləşdirilmiş, təkliflər raketi hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunmuşdur.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən rroblemlərin həllinə - tədris rrosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün Fondun rrezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə resrublikada məktəb binalarının vəziyyəti yoxlanılmışdır. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 2005-2008-ci illərdə 200-ə qədər məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilmişdir. Proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyanı vəsait və komrüter avadanlığı ilə təchiz olunmuşdur. Beləliklə, ölkənin ən müxtəlif bölgələrində minlərlə şagird yeni tədris illərini müasir tələblərə cavab verən yeni məktəblərdə qarşılamışdır.

Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın-köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından bütün digər qurumlar üçün layiqli örnəkdir. Resrublikamızda kor və ya görmə qabiliyyəti zəif olan şəxslər də Fondun diqqətindən kənarda deyil. 9 dekabr 2005-ci il tarixdə Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında kor və görmə qabiliyyəti zəif olan insanlar üçün İKT-yə çıxışın təmin edilməsinə dair layihə imzalanmışdr. Bu layihə əhalinin təcrid olunmuş qrupunun cəmiyyətin həyatında fəal iştirakını təmin etməklə, kor və görmə qabiliyyəti zəif olan insanların informasiya əldə etməsi üçün əlavə potensialı təmin edərək onlar üçün məşğulluq imkanlarını yaratmışdır.

Daimi yaşayış yerlərini tərk etmiş aztəminatlı ailələrdən 2004-2006-cı illərdə birinci sinifə gedən 60 min uşağa məktəb ləvazimatları hədiyyə verilmişdir. Məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək məqsədilə əyani vəsaitlər hazırlanmış, laboratoriya-təcrübə ləvazimatları alınaraq tədris müəssisələrinə verilmişdir.

"Təhsilə dəstək" layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və digər məktəb ləvazimatlarının paylanması Heydər Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq Fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir. Bir sıra xarici ölkələrdə - Rusiya Federasiyasında, Hollandiyada, Türkiyədə, Rumıniyada yaşayan azərbaycanlı məktəblilər də belə hədiyyələr almışlar.

2008-2009-cu dərs ili ərəfəsində həyata keçirilən aksiyanın miqyası isə daha geniş olmuşdur. Bu aksiya bütün ölkə üzrə nəzərdə tutulduğundan birincilərə paylanacaq çantaların sayı 130 minə bərabərdir. Hər çantaya 16 adda məktəb ləvazimatı qoyulmuşdur. "Təhsilə dəstək" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan 140 adda plakat ölkənin bütün ümumtəhsil məktəblərini əyani vəsaitlə təmin etməyə imkan verəcəkdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci il sentyabrın 15-də Bilik Günü münasibətilə Bakının bir sıra qəsəbələrində təlim-tərbiyə ocaqları da istifadəyə verilmişdir. Fondun prezidenti Mehriban xanım Əliyeva Bakının Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına uşaq bağçasının açılışında iştirak etmişdir. Ən müasir standartlara cavab verən bağça 3 yaşından 6 yaşınadək 120 nəfər uşaq üçün nəzərdə tutulmuşdur. Uşaqlar bağçada ingilis dili ilə yanaşı, bədii gimnastikanın da sirlərini öyrənəcəklər. 2008-ci il sentyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində Tofiq Məmmədov adına 239 nömrəli orta məktəbin təmirdən sonra açılışı olmuşdur. Qeyd edək ki, təmirdən əvvəl məktəbdə 1200 nəfərdən artıq şagird dörd növbədə oxuyurdu. İndi isə məktəblilər bir növbədə təhsil almaq imkanı əldə etmişlər. Fondun təşəbbüsü ilə məktəbin birinci sinif şagirdlərinə çantalar və 16 adda müxtəlif ləvazimatlar paylanmışdır.

2008-ci ilin sentyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ələt qəsəbəsindəki 105 nömrəli əsas məktəbin də yenidən qurulmuş binasının açılışı olmuşdur. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yenidən qurulan məktəb 250 şagird üçün nəzərdə tutulmuşdur. Məktəbin fizika, biologiya, xarici dil kabinetləri, kompüter otağı, geniş idman salonu var.

 Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə respublikamızla məhdudlaşmır. Fondun bu istiqamətdə fəaliyyətinin çoğrafiyası gündən-günə genişlənir. Artıq beynəlxalq aləmdə də nüfuzlu bir qurum kimi tanınan Fond xeyriyyəçilik missiyasını bir neçə ölkədə də uğurla davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, Fond tərəfindən də böyük yardım edilməsini soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayırlar. Rusiya paytaxtında və ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı xüsusilə qeyd olunmalıdır. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın ardıcıl fəaliyyəti də diqqəti cəlb edir.

2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmamış, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilmişdir. 2008-ci ilin fevralında isə Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunmuşdur.

Rusiyanın "Puşkin kitabxanası" Fondu ilə qurulan əməkdaşlıq da ölkəmizdə elm, təhsil və mədəniyyətin inkişafına yönəldilən hadisədir. "Puşkin kitabxanası" Fondu ilə yaranmış əməkdaşlıq çərçivəsində Rusiyada son illər nəşr olunmuş və müxtəlif elm sahələrinə aid 5 minə qədər kitab resrublikamızın ali məktəblərinə təqdim edilmiş, "World Vision" ("Dünyaya baxış") təşkilatı tərəfindən quruma təqdim edilən və məxsusi olaraq uşaq müəssisələri üçün nəzərdə tutulmuş 1000-dək nəfis tərtibatlı kitab uşaq evlərinə və internat məktəblərə raylanmışdır. Gürcüstandakı Azərbaycan məktəblərinin dərsliklə təminatına da böyük kömək göstərilmiş, "YP Morgan" təşkilatının Fonda hədiyyə etdiyi, xaricdə nəşr olunmuş müxtəlif adda kitablar ali məktəblərə təqdim olunmuşdur.

Təhsil sahəsində Fondun ən böyük və irimiqyaslı işi olan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi uğurla davam etdirilir. Fondun təşəbbüsü ilə ölkə ərazisində tikilən yeni məktəblərin sayı 237-yə çatdırılmışdır.

Heydər Əliyev Fondunun öz fəaliyyətində ümummilli liderimizin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması ölkəmizdə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən hakimiyyət orqanları üçün də nümunə sayıla bilər. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə görə 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı ilə təltif olunan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva üzərinə götürdüyü şərəfli missiyanı belə dəyərləndirir: "İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".

Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsindən sonra bu mötəbər beynəlxalq təşkilatla Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Böyük imkanlara malik bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə bu əlaqələrin daha da intensivləşməsinə geniş imkanlar açır. Təhsillə bağlı qarşıya qoyulan əsas məqsəd Azərbaycanda bu sahənin çağdaş dünyanın tələb etdiyi səviyyəyə yüksəldilməsidir. Bu sahəyə yönələn diqqət və qayğının ölkənin gələcəyi baxımından nə dərəcədə önəmli olduğunu bir daha qeyd etməyə, yəqin ki, ehtiyac yoxdur. Elmin, təhsilin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bu günün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda konkret və məqsədyönlü işlər görmək, ilk növbədə, həqiqi vətənpərvərlik nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın son dövrdə atdığı addımlar, xüsusən də təhsilə yönəltdiyi böyük diqqət onun vətənpərvərliyinin və xeyirxahlığının danılmaz sübutudur.

Mehriban xanım Əliyeva 2006-cı ilin sonlarında İSESKO-nun 51 müsəlman dövlətinin təmsil edildiyi nüfuzlu beynəlxalq mədəni-humanitar qurumu olan İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının xoşməramlı səfiri adına layiq görülmüşdür. ABŞ-Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə Vaşinqtonda keçirilən torlantıda isə Azərbaycan-ABŞ rarlamentlərarası əlaqələr üzrə işçi qrurunun rəhbəri kimi Birləşmiş Ştatlar ilə Azərbaycan arasında əlaqələrin tərəqqisinə, ölkəmizdə elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına şəxsi dəstəyinə görə ona "2006-cı ilin xoşməramlı səfiri" adı verilmişdir.

Mehriban xanım Əliyeva İSESKO-nun xoşməramlı səfiri kimi ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda arardığı xeyriyyəçilik işlərinə görə "Əsrlərin xeyriyyəçiləri" beynəlxalq Fondunun Üaqut Xaç ordenini almış ilk qadındır. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyeva "Qızıl ürək" beynəlxalq mükafatına da layiq görülmüşdür.

Son 5 ildə qarşıya qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu insanlara qayğı və təmənnasız xidməti ilə böyük rəğbət qazanmışdır. Fondun vətəndaşların hər bir müraciətinə həssas münasibəti, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əzmkar fəaliyyəti, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verməsi bu qurumun ən ali ideallara xidmət etdiyini təsdiqləyir. Fondun prezidenti Mehriban Əliyevanın xoşməramlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir və görülən bütün işləri Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-1 may.-S.3.