Milli Qvardiyanın şəxsi heyəti Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssüratlarla ayrılmışdır

 

Aprelin 30-da Milli Qvardiyanın şəxsi heyəti Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə hörmət əlaməti olaraq yaradılmış fond onun məqsədləri haqqında məlumat verildi.

Ulu öndərin şəxsi arxivindən götürülmüş onun fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən eksponatlar, o cümlədən ümummilli liderin həyatının ayrı-ayrı məqamlarını əks etdirən Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, xalqımızın görkəmli oğluna həsr edilmiş kitablar maraqla qarşılandı.

Məlumat verildi ki, Heydər Əliyev hələ keçmiş SSRİ hökumətində yüksək vəzifədə olarkən Azərbaycanda hərbi sahəsində geniş quruculuq işlərinə xüsusi diqqət yetirmişdir. Məhz ulu öndərin əməyi sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başlamışdır.

Fondun zəngin ekspozisiyası, həmçinin ulu öndərin Dövlət Təhlükəsizlik Komitəsində çalışarkən çəkdirdiyi şəkillər, hərbi geyimləri şəxsi heyət tərəfindən maraqla qarşılandı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-1 may.-S.4.