2009-cu il aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2009-cu il aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə ağır xəsarət alanlara maddi yardım göstərilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlak olanların ailələrinin hər birinə 30,0 min (otuz min), ağır xəsarət alanların hər birinə isə 15,0 min (on beş min) manat məbləğində birdəfəlik maddi yardım edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən maddi yardımın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahıya uyğun olaraq ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2009-cu il

 

 

Azərbaycan.-2009.-2 may.-S.1.