Mətbuat Şurası
Dünya Mətbuat Azadlığı gününü
qeyd etmişdir
Azərbaycan Mətbuat
Şurası 3 May - Dünya
Mətbuat Azadlığı
gününə həsr
olunmuş "dəyirmi
masa" keçirmişdir.
Tədbirdə jurnalist təşkilatı
nümayəndələri, KİV rəhbərləri, media mütəxəssisləri
və ekspertləri, həmçinin beynəlxalq
qurumların təmsilçiləri
iştirak etmişlər.
Əvvəlcə aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciədə həlak olanların xatirəsi bir dədiqəlik sükutla yad edilmişdir.
Şuranın sədri
Əflatun Amaşov,
"Azərbaycan" qəzetinin
Baş redaktoru Bəxtiyar Sadıqov və digərləri çıxış edərək
Dünya Mətbuat Azadlığı gününün
tarixindən, hansı
zərurətdən meydana
çıxmasından, mediamızın
mövcud vəziyyətindən,
problem və çətinliklərdən
danışmış, dövlətin
azad mətbuata göstərdiyi dəstəkdən
bəhs etmişlər.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin 2009-cu il 3 aprel tarixli fərmanı
ilə Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondu yaradılmış və
bir sıra ciddi işlər görülmüşdür. Fond
tərəfindən kütləvi
informasiya vasitələrinə
1 milyon 300 min manatın
ayrılması bir daha vurğulanmışdır.
ABŞ səfirliyinin nümayəndəsi
Terri Devidson bildirmişdir
ki, Azərbaycan Mətbuat Şurasının
gördüyü işləri
yüksək qiymətləndirirəm. Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması çox müsbət haldır.
Mətbuat Azadlığı günü ilə əlaqədar hamınızı
təbrik edir, uğurlar arzulayıram.
Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisədən kədərləndiyini deyən
T.Devidson Amerika xalqı adından həlak olanların ailələrinə və
yaxınlarına dərin
hüznlə başsağlığı
vermişdir.
Tədbirdə müzakirələr aparılmış,
mətbuat azadlığının
təmin olunması istiqamətində həyata
keçirilən işlər
təhlil olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-2 may.-S.3.