"Biz gənclər
yaşamalı və bu dünyanı qurmalıyıq"
Moskvada Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının (RAGT) təsis
konfransı olmuşdur. Təşkilata Heydər Əliyev
Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri
Leyla Əliyeva başçılıq edir.
Sülalə telləri ilə bağlı olan nüfuzlu və tanınmış siyasətçi nəsillərinə dünyanın hər bir dövlətində rast gəlmək olar. Əliyevlər ailəsi müasir Azərbaycanın aparıcı sosial-siyasi və mədəni sülalələrindən biridir. Əlbəttə, hər bir ölkə üçün yüksək elitanın tanınmış soyadlarını daşıyan üzvlərinin vətəndən kənarda irəli getməsi, müvəffəqiyyət qazanması ictimai diplomatiyanın xeyrinədir, iki ölkənin birlikləri arasında sosial-humanitar əlaqələr yaradılmasına kömək edən qeyri-formal resursları gücləndirir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyevin qızı, "Baku" jurnalının baş redaktoru və RAGT-nin rəhbəri Leyla Əliyeva məhz bu cür, iki ölkəni birləşdirən şəxsdir. O, məlahətli gənc qadın, maraqlı müsahib və parlaq şəxsiyyət olmaqla yanaşı, həm də Azərbaycanın və Rusiyanın gənclər siyasətinin elçisidir.
RAGT-nin yaradılması Rusiya kimi böyük bir ölkənin müxtəlif guşələrində yaşayan, işləyən və təhsil alan, lakin tarixi vətənləri ilə sıx əlaqələri qoruyub saxlamağa çalışan gənc azərbaycanlıları birləşdirmək üçün Leyla Əliyevanın komandasının uzun müddət ərzində apardığı gərgin işin yekunu olmuşdur. Moskvada keçirilən təsis konfransına azərbaycanlı gənclərin 80-dən yuxarı klub və təşəbbüs qrupunu təmsil edən 300-ə yaxın nümayəndə gəlmişdi.
Onların buraya toplaşmaqda məqsədi nə idi? RAGT-nin Rusiya gənclərinin müxtəlif etnik qrupları arasında tolerantlıq və qarşılıqlı anlaşma mühiti yaratmaq çağırışı bütün rusiyalılara ünvanlanmışdır. Məhz bu səbəbdən Rusiyanın ən ucqar regionlarından gəlmiş gənc nümayəndələr Rusiyada yaşayan bütün millətlərdən olan gənclərə müraciətlərində bir neçə mühüm məqamı vurğulamışlar. Birincisi, RAGT bu qəbildən olan bütün tolerant ictimai təşkilatlar üçün açıqdır və RAGT-nin üzvləri birgə layihələrdə iştirak etməyə hazırdırlar. İkincisi, RAGT-nin üzvləri savadlılıq, uğurlu fəaliyyət nümunəsi olmağa, Rusiyanın ictimai həyatında fəal iştirak etməyə hazır olmağa çalışacaqlar. Bu, özlüyündə heç də az əhəmiyyət kəsb etmir. Üçüncüsü, aydındır ki, RAGT həmfikir və dost insanların kollektividir. Lakin bu təşkilatda birləşən gənclər, ilk növbədə, Rusiyanın məsuliyyətli və vətənpərvər əhval-ruhiyyəli vətəndaşları kimi göstərməyə çalışacaqlar.
Bu çağırış Azərbaycanın ənənəvi diaspor təşkilatlarının nümayəndələri tərəfindən əvvəllər də bu və ya digər formada səslənmişdir. Lakin indiki halda söhbət sovet mentallığı, habelə Rusiya ilə müttəfiq respublika kimi Azərbaycanın qarşılıqlı münasibətlərinin əvvəlki tarixi ilə demək olar ki, əlaqəsi olmayan yeni nəsildən gedir. Ona görə də çağırış indi daha səmimi və ümidverici səslənir.
Konfransda və qeyri-rəsmi görüşlərdə Azərbaycanın Rusiyadakı imici haqqında çox söhbətlər olmuşdur. Leyla Əliyeva yeni təşkilatın üzvlərini salamlayaraq diqqəti Azərbaycanın humanitar sahədə irəliləməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələsinə yaradıcılıqla yanaşmağın zəruriliyinə cəlb etmişdir. RAGT-nin lideri qeyd etmişdir ki, Azərbaycan mədəniyyətinin daha adekvat təbliğ edilməsi üçün yeni üsullar fikirləşib tapmaq lazımdır, RAGT Rusiya ilə Azərbaycanın bu istiqamətdə qarşılıqlı fəaliyyətinin yeni ideyalarının mənbəyinə çevrilə bilər. Leyla Əliyeva demişdir: "İnanıram ki, RAGT fəal struktur olacaq, bizim bütün ideya və planlarımız gənclərimizin sıx birləşməsinə, Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmlənməsinə xidmət edən konkret layihələr şəklində gerçəkləşəcəkdir".
Konfransda çıxış edən nümayəndələrin əksəriyyəti qızlar idi. Onların çıxışlarında müsbət enerji, işin uğuruna inam hiss olunurdu. Məsələn, İvanovo vilayətindən gəlmiş Failə Quliyeva qeyd etmişdir ki, yeni təşkilatın bu vilayətdə fəaliyyəti yerli sosial layihələrin həyata keçirilməsinə kömək etməyə yönəlmişdir və bütün işlər uğurlu nəticələr verir. "Gəlinlər şəhəri"nin nümayəndəsi RAGT-nin internet saytının yaradılmasını da yüksək qiymətləndirərək demişdir ki, bu sayt azərbaycanlı gənclərin regionlar arasında əlaqələrin tənzimlənməsinə yönəlmiş səylərini birləşdirməyə şərait yaradacaqdır. RAGT-nin Vladivostokdakı təşəbbüs qrupunun nümayəndəsi Adım Qazıyev də əmindir ki, gənclərin işində çox şey bu və ya digər regionda fəaliyyət göstərən diaspor təşkilatlarından asılıdır. O demişdir: "Vətəndən uzaqda olsaq da, hər birimiz öz köklərimizə sıx bağlıyıq".
Gənclər təşkilatının bütün fəalları öz qarşılarında ilk baxışda bir-birinə zidd olan iki məqsəd görürlər: gənc həmvətənlərinin Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etmək və Azərbaycan mədəniyyətini, Azərbaycan dilini, Azərbaycan ənənələrini qoruyub saxlamaq. Bütün bunlar inteqral şəkildə əlaqələndirilə bilər. Xüsusən ona görə ki, gənclər başa düşürlər: əgər sən öz tarixi Vətəninlə əlaqələri itirmirsənsə, bu, çox yaxşıdır, lakin bundan daha vacibi - həmin vətənin Rusiyada səlahiyyətli təmsilçisi olmaqdır.
Çox şey gənclər mühitində formalaşan əhval-ruhiyyədən asılıdır. Bu halda şəxsi şəbəkə əlaqələri, formal maneə və məhdudiyyətləri aradan qaldıran internet kimi qeyri-formal kommunikasiya kanalları mühüm rol oynayır. Leyla Əliyeva hazırda təhsil aldığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı azərbaycanlı gənclər klubuna rəhbərlik edir. Prezident qızının Rusiyanın müxtəlif ali məktəblərində təhsil alan və müxtəlif şəhərlərdə yaşayan azərbaycanlı gəncləri öz ətrafında cəmləşdirən şəxsə çevrilməsi qanunauyğun haldır. O, həm də bir etnik submədəniyyətin məhdudiyyət çərçivələrini aradan qaldıran körpü yaradır. Heydər Əliyev Fondunun Moskvadakı, Leyla Əliyevanın başçılıq etdiyi nümayəndəliyi və RAGT Rusiya və Azərbaycan ali məktəbləri arasında əlaqələrin möhkəmlənməsinə birlikdə kömək edəcəkdir, gələcəkdə isə onlar rusiyalı tərəfdaşları ilə birlikdə Rusiya məktəblilərini və tələbələri Azərbaycanla, azərbaycanlı məktəbli və tələbələri Rusiya ilə tanış etmək formatında mədəni mübadilə proqramlarını həyata keçirmək niyyətindədirlər. Şübhəsiz, perspektivdə bu fəaliyyət ölkələrimizin qarşılıqlı münasibətlərində hələ mövcud olan bir sıra neqativ stereotipləri aradan qaldırmağa kömək edəcəkdir.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransından sonra Leyla Əliyevadan aldığımız musahibəni sizə təqdim edirik.
Oleq SIQANOV
SUAL: Böyük adamın nəvəsi olmaq özü böyük məsuliyyətdir. Lakin əgər sən özünü ictimai-siyasi həyatda sınayırsansa, bu məsuliyyət daha da artır, bu fəaliyyətlə öz Vətəninin hüdudlarından kənarda məşğul olanda isə yüksək psixoloji təzyiq birə-yüz artır. Leyla xanım, məlum olduğu kimi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yaradılmasının təşəbbüsünü irəli sürən Siz olmusunuz. Bu rəmzi adın arxasında nə dayanır?
CAVAB: Bu, ilk növbədə, Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirməyə yönəlmiş könüllü və hamı üçün açıq olan ictimai təşkilatdır. Qısa və sadə dildə desək, RAGT həmin gənclərdə vətənpərvərlik duyğuları və eyni zamanda, milliyyətindən, yaşından, dini əqidə və başqa fərqlərdən asılı olmayaraq, bütün insanlara münasibətdə dözümlülük tərbiyə etməyə yardımçı olmağı planlaşdırır. Öz milli mədəniyyətini, dilini, adət-ənənələrini qoruyub saxlamaq problemi Rusiyada yaşayan həmvətənlərimiz, xüsusən də gənclər üçün çox aktualdır. Rusiya ali məktəbləri nəzdində yaradılmış azərbaycanlı gənclər klubları və onların bazasında formalaşmış RAGT bu məsələlərin həllinə kömək edir.
Gənc azərbaycanlıların yaşadığı, təhsil aldığı, işlədiyi çoxmillətli Rusiyanın reallıqlarına inteqrasiya olunmasına kömək etmək RAGT-nin fəaliyyətinin prioritet istiqaməti olacaqdır. Biz elə etməliyik ki, azərbaycanlı gənclərin rusiyalı yaşıdları ilə bütün əlaqələri həmişə xeyirxah əlaqələr olsun.
SUAL: Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının yaradılması ideyası nə vaxt və necə əmələ gəlmişdir?
CAVAB: Bu ideya birdən-birə və gözlənilmədən yaranmamışdır. Mən Moskvanın, Sankt-Peterburqun və Rusiyanın digər şəhərlərinin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə tez-tez görüşürdüm. Onların qayğı və problemləri, istəkləri ilə tanış idim. Bu görüşlərdə gənclər daha çox və daha sıx ünsiyyətdə olmaq arzularını bildirirdilər, onların hamısını birləşdirən, bizim kommunikasiyamızın özəyi və stimulu olacaq, mühüm sosial layihələrdə fəal iştirak etməyə imkan verəcək daimi təşkilatın yaradılması barədə təkliflər tez-tez səslənirdi. Biz gənclər fəal insanlarıq. İstəyirik ki, yaşıdlarımızın mühitində bizə ehtiyac olduğunu dərk etməklə yanaşı, həm də cəmiyyətə, ölkəyə, dünyaya faydalı insanlar olduğumuzu hiss edək. Bir qədər təmtəraqlı və pafoslu səslənsə də, belədir. Təşkilat yaratmaq ideyası, bax, beləcə doğmuşdu.
Əvvəlcə Moskvada təhsil alan azərbaycanlı tələbələrin klubları yaradılırdı. Moskvada azərbaycanlı tələbə gənclərin ilk klubu iki il bundan əvvəl Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yaradılmışdı. Sonra Rusiya paytaxtında ölkəmizdən olan tələbələrin təhsil aldığı başqa ali məktəblərdə - MDU-da və Rusiya Xalqlar Dostluğu Universitetində, Diplomatik Akademiyada, Tibb Akademiyasında və Vergi Akademiyasında bu cür klublar yaradılmağa başlandı. Əvvəlcə bu, yalnız Moskvada baş verirdi, bir müddətdən sonra isə Rusiyanın müxtəlif şəhərlərində bu cür klublar yaradıldı. Gələcək Ümumrusiya təşkilatının konturları artıq hiss olunurdu. Bununla yanaşı, gələcək RAGT-nin fəaliyyət proqramı da hazırlanır, dəqiqləşdirilirdi. Lakin artıq qeyd etdiyim kimi, əsas məqsəd lap əvvəldən aydın və müəyyən idi.
SUAL: Rusiyada azərbaycanlı gənclərin cəmi neçə klubu var?
CAVAB: Bu
gün onların sayı əllidən çoxdur. Lakin bu klubların
yaranması davam edir. Onların yaranma şəraiti nə qədər
oxşar olsa da, hər halda, onlar Rusiyanın müxtəlif
regionlarında yaradılırdı və buna görə də
həmin klubların hər biri onların fəaliyyət
göstərdiyi regionlar üçün səciyyəvi
xüsusiyyətlərlə fərqlənir. Bu da təəccüblü
deyil, ona görə ki, məsələn, Tver vilayətində
həyatın reallıqları Amur vilayətindəkindən,
İvanovodakı şərait Ural regionundakından fərqlənir.
Sankt-Peterburq və Blaqoveşşenskdə, Saratov və
Murmanskda, Samara, Kazan və Ufada ictimai ab-hava müxtəlifdir.
Buna görə də azərbaycanlı gənclər
klubları bir-birinin fəaliyyətini kor-koranə təkrarlamır,
konkret vəziyyətə və şəraitə uyğun
olaraq inkişaf edirlər.
SUAL: Siz Moskvanın və
Moskva vilayətinin hüdudlarından kənarda
yaradılmış azərbaycanlı gənclər
klublarında tez-tez olursunuzmu?
CAVAB: Əlbəttə. Mən
İvanovo,
S: Sizin fikrinizcə, RAGT, ilk
növbədə, hansı problemin həllinə kömək
edə bilərdi?
C: Mən istəyirəm ki,
Rusiyadakı azərbaycanlı gənclər öz soy-köklərini
unutmasınlar, doğma diyarımızı sevsinlər və
Vətənə faydalı olmağa
çalışsınlar.
İstəyirəm ki, bu gənclər
Azərbaycan mədəniyyətini təbliğ etsinlər,
onu populyarlaşdırsınlar. İnanın ki, bizim fəxr
etməyə və dünyaya göstərməyə layiq cəhətlərimiz
var. RAGT bizim gənc həmvətənlərimizin Rusiyada
özlərini tənha hiss etməmələrinə kömək
edəcək, onların çoxmillətli Rusiya cəmiyyətinə
inteqrasiyasına şərait yaradacaqdır. Əminəm ki,
burada böyük problemlər yaranmamalıdır. Səbəbini
izah edim: Azərbaycanı hələ sovet dövründə də
SSRİ-nin ən beynəlmiləl respublikası
adlandırırdılar. Burada müxtəlif millətlərin
və xalqların nümayəndələri sülh və
mehribanlıq şəraitində yaşayırdı. Heç
kəs özünü yad hiss etmirdi. Bu, yalnız ölkənin
yerli əhalisinə - Azərbaycan xalqına xas olan təbii
tolerantlıq sayəsində mümkün idi. Buna görə
də əminəm ki, qonşularının mədəniyyətinə
və adətlərinə hörmət ənənələri
əsasında tərbiyə olunmuş Azərbaycan gəncləri
Rusiyada asanlıqla öz yerini tapa biləcəklər. Əminəm
ki, RAGT azərbaycanlı gəncləri sıx birləşdirəcək,
onların cəmiyyətdə layiqli yer tutmasına, hətta
Azərbaycanın hüdudlarından kənarda da Vətən
üçün faydalı insanlar olmasına kömək edəcək.
Onu da qeyd etmək istəyirəm ki, mən RAGT-yə daxil
olmayan, lakin bizim mədəniyyətin Rusiyada təbliğ
olunmasına kömək etməyə hazır olan başqa təşkilatlara
da hörmət bəsləyirəm. Mən onların
seçiminə hörmət edirəm və onlarla əməkdaşlıq
etməyə, onları dəstəkləməyə
hazıram.
SUAL: Sizin təşkilatın
bəzi aksiyaları barədə söhbət edə bilərsinizmi?
CAVAB: Məmnuniyyətlə.
Biz beynəlmiləl əməkdaşlığa istiqamətlənmiş
konfranslar, "dəyirmi masa"lar keçiririk. Məsələn,
Plexanov adına Rusiya İqtisad Akademiyasında "Azərbaycan
mədəniyyəti həftəsi" təşkil
etmişik, Rusiya Dövlət İqtisad Universitetində xalqlar
dostluğu klubu yaratmışıq və festivalda iştirak
etmişik. Rusiyalı tələbələrin keçən
il yayda Bakıda keçirilmiş "Azərbaycan
sivilizasiyaların qovuşuğunda" mövzusunda seminar,
MDU-da "Müasir mərhələdə Azərbaycan
Respublikasının gənclər siyasəti" mövzusunda
konfrans da bizim təşəbbüsümüzlə təşkil
edilmişdir. MDU-da, MDBMİ-də, Vergi Akademiyasında, Rusiya
Xalqlar Dostluğu Universitetində və Plexanov adına
Akademiyada Müslüm Maqomayevin xatirəsinə həsr
olunmuş fotosərgini xüsusi qeyd etmək istəyirəm.
RAGT MDBMİ-nin tələbə və aspirantlarının MDBMİ-nin
və Azərbaycan Respublikası Diplomatik Akademiyasının
birgə təşkil etdiyi gənc alimlərin konfransında
istirak etmək üçün Bakıya gəlməsinə
kömək etmişdir. Bunları yəqin etmək
üçün bizim təşkilatın internet saytına
daxil olmağınızı və rusiyalı gənclərin
bu seminar barədə rəylərini oxumağınızı
təklif edirəm. Onda asanlıqla görərsiniz ki, bu
cür birlik və əməkdaşlıq gənclərə
çox lazımdır. Axı, bu dünyanı məhz biz gənclər
qurmalı, orada biz yaşamalıyıq.
SUAL: Yəqin ki, bunlar RAGT-nin
fəaliyyətinin yeganə istiqaməti deyil?
CAVAB: Düzdür, biz xeyriyyə
tədbirlərinə böyük diqqət yetiririk. Bununla əlaqədar,
"Qanın milləti yoxdur" aksiyasını
xatırlatmaq yerinə düşər. RAGT həmin
aksiyanı B.V.Petrovski adına Rusiya Cərrahiyyə Elmi Mərkəzi
ilə birlikdə təşkil etmişdi. Azərbaycanlı gənclər
təmənnasız olaraq qan təhvil vermiş və ümid
edirik ki, həmin qan neçə-neçə insanı xilas
etmişdir. Bundan əlavə, biz təhsil proqramlarına da
kömək edirik.
SUAL: Siz 2008-ci ildən bəri
təkcə ictimai xadim və Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyinin rəhbəri, Rusiyadakı azərbaycanlı
gənclərin lideri kimi tanınmaqla bərabər, həm də
"Baku" jurnalının baş redaktoru kimi uğurlu
debüt etdiniz. Bu layihə barədə bir qədər ətraflı
danışardınız.
CAVAB: İlk növbədə
qeyd etməliyəm ki, mən özümü sizin dediyiniz kimi
"Azərbaycanlı gənclərin lideri" hesab etmirəm.
Mən həmin gənclərin nümayəndələrindən
biriyəm. Bütün gənc həmvətənlərim kimi
mən də öz ölkəmi sevirəm, onun qədim mədəniyyətinə
hörmət bəsləyirəm və istəyirəm ki, bu mədəniyyət
bütün dünyanın sərvəti olsun. Mən öz
rolumu bizim mədəniyyətin ən yaxşı təzahürlərini,
ən parlaq cəhətlərini, mənəvi dəyərlərimizi
təbliğ etməkdə görürəm. Biz
hamımız öz Vətənimizə eyni dərəcədə
faydalı olmağa çalışırıq. Jurnal məsələsinə
gəldikdə isə haqlısınız. Belə bir jurnal təsis
etmək ideyası, həqiqətən, Azərbaycanı və
onun paytaxtını Rusiya oxucularına təqdim etmək
arzusundan irəli gəlmişdir. "Baku" Rusiyada Azərbaycan
mədəniyyətindən, bu ölkənin adət və ənənələrindən
bəhs edən yeganə nəşrdir. Redaksiyamız "
Aleksey Potapov
Azərbaycan.-2009.-2 may.-S.4.