Xilas edilmiş uşağın təbəssümü naminə

 

Əlil uşaqlar üçün layihələrin əksəriyyəti

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir

Əli Əliyevin 14 yaşı var. O, uşaqlıqdan əlildir, serebral iflicin ağır formasından əziyyət çəkir. Qoltuq ağacları ilə çətinliklə yeriyir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Uşaq Ailələrə Dəstək Mərkəzinə hədiyyə etdiyi mikroavtobusla həftədə iki dəfə Şüvəlanda yerləşən mərkəzə gəlir. Mərkəzin isti, rahat otaqlarında uşaqları mehriban peşəkar mütəxəssislər qarşılayır.

 

Qaliyə ƏLİYEVA

 

Uşaq Ailələrə Dəstək Mərkəzi 2005-ci ildə "Save the children" Ümumdünya Fondunun təşəbbüsü ilə problemli uşaqlara yardım məqsədi ilə yaradılmışdır. Fondun Azərbaycan nümayəndəliyinin əlaqələndiricisi Zakir İsmayılovun sözlərinə görə, dövlət himayəsinə keçməzdən əvvəl fondun layihələrini maliyyələşdirməyə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) yardım edirdi.

Hazırda mərkəz Ailə, Qadın Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır. Mərkəzin direktoru Ceyran Rəhmatullayevanın sözlərinə görə, dövlət ən yaxşı sponsordur. Üstünlüklər göz qarşısındadır: işlər dəqiq planlaşdırılmışdır, xeyriyyəçilərin əhval-ruhiyyəsindən asılı deyildir. Mərkəz, əsasən, Daun sindromu, uşaq serebral iflici, autizm, nitqin pozulması, ümumi psixi fiziki inkişafdan geri qalma kimi xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərir. Ancaq buraya tam sağlam uşaqlar da gəlir. Onlarla ünsiyyət zamanı xəstə uşaqlar öz problemlərini unudur, psixoloqların, sosioloqların, müəllimlərin köməyi ilə yaşıdları ilə düzgün davranmağı öyrənir, kompüter dərsləri keçir, rus ingilis dillərini, riyaziyyatı öyrənir, əl işləri ilə məşğul olurlar. İkinci belə mərkəz Bakıdan 400 kilometr aralı, Goranboyda yerləşir. Bu müəssisələr ilk gündən Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Heydər Əliyev Fondu əsas məqsədi elmin, təhsilin, mədəniyyətin, səhiyyənin idmanın inkişafını təmin edən, habelə gənc nəslin tərbiyəsinə yönəldilmiş layihələrin dəstəklənməsi olan qeyri-kommersiya təşkilatıdır. Fond ən müasir avadanlıqla təchiz edilmiş ümumtəhsil məktəblərinin tikilməsi, mədəniyyət, təhsil səhiyyə obyektlərinin açılması ilə fəal məşğuldur. Təxminən 5 il ərzində fondun əsas layihələri - "Yeniləşən Azərbaycana yeni məktəb" (layihə çərçivəsində ölkənin ucqar bölgələrində 200-dən çox məktəb tikilmişdir), "Talassemiyasız həyat" (layihə çərçivəsində gündüz stasionarı olan Talassemiya Mərkəzinin tikintisi başa çatdırılmışdır), "Diabetli uşaqlara ən yüksək qayğı", "Uşaq evləri internat məktəblərinin inkişafı" layihələri uğurla həyata keçirilmişdir.

Əlil yetim uşaqlar Heydər Əliyev Fondunun xüsusi qayğısı ilə əhatə olunmuşlar. Ölkənin demək olar ki, bütün internat məktəbləri uşaq evləri fondun onun rəhbəri Mehriban Əliyevanın şəxsi himayəsi altındadır. Yeni tikilən xüsusi avadanlıqla təchiz edilən internat məktəblərindən sanatoriyalardan başqa, hələ ötən əsrin 1930-cu 1940- illərində tikilmiş köhnə binalar da əsaslı təmir olunmuş, burada müalicəvi bədən tərbiyəsi otaqları, idman zalları musiqi salonları, yeməkxana, yaradıcılıq studiyaları, kompüter, tikiş toxuculuq kabinetləri yaradılmışdır.

Bu yaxınlarda Bakı ətrafında Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 18-dən çox yaşı olan qızlar üçün 100 nəfərlik 50 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Binanın bütün mənzilləri mebel, televizor, paltaryuyan maşın digər məişət avadanlığı ilə təchiz edilmişdir. Evin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirmişdir ki, binanın tikintisi cəmiyyəti çoxdan narahat edən ciddi problemin həllinə yönəldilmişdir. Əvvəllər uşaq evlərini tərk edən qızlar taleyin ümidinə qalırdılar onların gələcək həyat yolunu izləmək mümkün olmurdu. Yeni ev bu problemin həllinə müəyyən dərəcədə kömək edəcəkdir.

Fondun fəaliyyətində daha bir mühüm hadisə kor zəif görən uşaqların fortepianoda milli alətlərdə (kamança, nağara) çalmağı öyrəndikləri xanəndəlik sənətinə yiyələndikləri Bakıdakı musiqi məktəblərindən birinin əsaslı təmiridir.

Ümumiyyətlə, fond bu kateqoriyadan olan uşaqlar üçün layihələrə xüsusi diqqət yetirir. Məsələn, "Kor zəif görən uşaqların İKT-dən istifadə etməsinin təmin olunması layihəsi" həyata keçirilir. İlin sonunadək xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin tikintisi başa çatacaqdır.

 

 

Azərbaycan.-2009.- 2 may.-S.5.