Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

 

Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə etməklə üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq regional məsələlərə münasibətdə beynəlxalq norma prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər təşkilatlarla bərabərhüquqlu qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Azərbaycanın belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri Avropa İttifaqıdır (Aİ).

Avropa Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi iqtisadi münasibətləri inkişaf etdirməkdir. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmlidir. Bu model region dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəlib. Təşkilatla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son 16 ildə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir.

Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət-yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır.

1996-cı ildə Azərbaycan Avropa İttifaqı arasında "Tərəfdaşlıq əməkdaşlıq haqqında" sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından da vacib əhəmiyyət daşımışdır. Saziş çərçivəsində Avropa Birliyinin Azərbaycanda bazar münasibətlərinin inkişaf etdirilməsi məqsədilə bəzi struktur islahatlarının aparılmasına, özəlləşdirmə proqramına, infrastruktur layihələrinin reallaşmasına maddi texniki yardımları nəzərdə tutulmuşdur. Təkcə bu proqram çərçivəsində birlik Azərbaycana 100 milyon avrodan çox vəsait ayırmışdır. Həmin sazişin bəzi maddələri Azərbaycan Respublikasının Milli Məclisi ilə Avropa Parlamenti arasında əməkdaşlığı nəzərdə tutur ötən müddətdə bu sahədə uğurlu işlər görülmüşdür. Tərəflər Parlament Əməkdaşlığı Komitəsinin yaradılması fəaliyyət mexanizmləri barədə razılığa gəlmişlər.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin olunması Cənubi Qafqaz ölkələri ilə yeni qonşuluq proqramı təşkilatın regiona ciddi maraq göstərdiyini bir daha təsdiqləyir. Avropa İttifaqı Azərbaycana regionun lider dövləti kimi yanaşır respublikamızda həyata keçirilən iqtisadi-siyasi hüquqi islahatları yüksək qiymətləndirir. Cənubi Qafqaz Orta Asiya regionunun iqtisadi yüksəlişi bilavasitə Azərbaycanla bağlı olduğundan təşkilata üzv dövlətlər ölkənin geosiyasi əhəmiyyətini rolunu düzgün dəyərləndirməyə çalışırlar. Təsadüfi deyil ki, Avropa İttifaqının 2004-cü ildən həyata keçirdiyi "Yeni qonşuluq siyasəti" proqramının aparıcı qollarından birini məhz respublikamızla birgə iqtisadi layihələrin reallaşdırılması təşkil edir. Proqramın uğurla icra olunması üçün Avropa İttifaqı tərəfindən 225 milyon avro məbləğində vəsait ayrılmışdır.

Azərbaycan bu proqram çərçivəsində Avropa İttifaqı ilə iqtisadi, siyasi, hüquqi inzibati islahatları həyata keçirmək imkanı qazanır, bu məqsədlə təşkilatın texniki-maliyyə dəstəyini alır. Ölkəmiz "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanını əldə edir. Bundan əlavə, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri miqrasiya, narkobiznes mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanlarını genişləndirir.

2004-cü ilin mayında imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əməkdaşlıq haqqında" saziş ikitərəfli əlaqələrin daha da dərinləşməsi, ölkəmizin iqtisadi cəhətdən inkişaf etmiş Avropa məkanına inteqrasiyasının sürətlənməsi, regional əhəmiyyətli müştərək layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əvvəllər Azərbaycanla üç Qafqaz respublikasından biri kimi əlaqələr quran Avropa İttifaqı bu sazişlə ikitərəfli əməkdaşlığın gücləndirilməsi niyyətini açıb ortaya qoymuşdur.

2006-cı il 14 noyabr tarixdə Avropanın "Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı" təsdiq edilmiş, ölkələrin ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənmişdir. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edir. Avropa İttifaqı 2007-2013-cü illəri əhatə edəcək yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı üçün büdcəsindən 11 milyard 181 milyon avro dəyərində vəsait ayırıb. Bu vəsait Avropa İttifaqının qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlığı möhkəmlətmək üçün milli beynəlxalq proqramların həyata keçirilməsinə sərf ediləcək. Azərbaycanın qoşulduğu 7 ili əhatə edən fəaliyyət planı təkcə Avropa İttifaqının imkanları hesabına həyata keçirilməyəcək. Azərbaycanda yerinə yetirilməsi nəzərdə tutulan böyük sayda öhdəliklərin reallaşması üçün başqa maliyyə mənbələrindən istifadə olunacaq. Sənəddə Avropa qonşuluq siyasətinin əsas istiqamətləri - iqtisadi inteqrasiya, mütəmadi siyasi mədəni əlaqələr, eləcə sərhəd əməkdaşlığı nəzərdə tutulub. Avropa qonşuluq siyasəti ölkələrin Avropaya iqtisadi inteqrasiyasını təmin edən proqramdır.

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Belçika Krallığına işgüzar səfəri əlamətdar olmuşdur. Səfər bir daha təsdiq etdi ki, Azərbaycanla Avropa İttifaqının əlaqələri Avropa Qonşuluq Siyasəti çərçivəsində uğurla inkişaf edir bu əməkdaşlıq "Şərq tərəfdaşlığı" təşəbbüsünün reallaşması ilə yeni mərhələyə daxil olub. Prezident İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozi, Avropa İttifaqı Nazirlər Şurasının baş katibi, ümumi xarici təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Xavyer Solana ilə görüşərək Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivləri, regiondakı vəziyyət, enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında geniş fikir mübadiləsi aparmışdılar. Qurumun təmsilçiləri Azərbaycanın regionda iqtisadi əməkdaşlığa, bölgənin təhlükəsizliyinin təmin olunması işinə öz töhfəsini verdiyini bildirmişdilər.

On ildən artıqdır ki, Azərbaycan Avropa İttifaqı ilə imzalanan Tərəfdaşlıq Əməkdaşlıq Sazişi mühüm nəticələr vermişdir. Qeyd edək ki, Avropa İttifaqı Azərbaycanın ümumi xarici ticarətində təxminən 30 faiz təşkil edərək bu ölkənin əsas ticari tərəfdaşıdır. Prezident İlham Əliyev Belçika Krallığına işgüzar səfəri zamanı bildirmişdir: "Bizim iqtisadi inkişafın şaxələndirilməsi, sərmayələr iqtisadi islahatlar siyasətimiz onunla nəticələnmişdir ki, biz artıq neft qazdan asılı deyilik. Neft qaz iqtisadiyyatımızda əvvəldə olduğu kimi, həlledici rol oynamır. Biz iqtisadi islahatları davam etdiririk. Ötən il Dünya Bankı özünün "Doing Business" hesabatında Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etmişdir.

Azərbaycanda, həmçinin siyasi islahatlar aparılır. İqtisadi siyasi islahatlar paralel şəkildə həyata keçirilir. Bizim üçün Avropa İttifaqı ilə münasibətlər vacibdir, çünki biz istəyirik ki, həyatımızın bütün meyarları Avropa İttifaqının meyarlarna uyğun olsun. Həmin əlaqələrimiz çox möhkəmdir, onların yaxşı gələcəyi var ikitərəfli maraqlara əsaslanır".

Azərbaycan Avropa İttifaqı arasındakı əlaqələr yeni mərhələdə uğurla inkişaf edir. "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində münasibətlərin daha da möhkəmlənməsi nüfuzlu Avropa qurumunun ölkəmizə verdiyi böyük önəmi bir daha təsdiqləyir.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-3 may.-S.1.