Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Lex Kaçinskiyə

 

Hörmətli cənab Prezident!

Polşa Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Polşa münasibətlərinə böyük əhəmiyyət veririk. Bu mənada siyasi, iqtisadi humanitar sahələrdə əlaqələrimizin hazırkı yüksək səviyyəsi məmnunluq doğurur. Beynəlxalq regional qurumlarda, eləcə enerji layihələri çərçivəsində səmərəli əməkdaşlığımız da ikitərəfli münasibətlərimizin inkişaf dinamikasına birbaşa təsir göstərən amillərdəndir.

Ümidvaram ki, Azərbaycan ilə Polşa arasındakı dostluq ənənələrinin qorunub saxlanması möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına sülh rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-3 may.-S.1.