"Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" 2008-ci il 10 aprel tarixli 2756 nömrəli sərəncamının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" təsdiq edilsin.
2. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" təsdiq edilsin.
3. Bu sərəncamın 1-ci və 2-ci bəndlərində qeyd olunan Milli Strategiyanın və dövlət proqramının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Milli Elmlər Akademiyası müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 may 2009-cu il
Azərbaycan.-2009.-5 may.-S.1.