Özbəkistan Respublikasının
Prezidenti zati-aliləri cənab İslam Kərimova
Hörmətli İslam
Abduqəniyeviç!
Qaşqadərya vilayətində baş vermiş avtomobil qəzası nəticəsində
çoxsaylı insanların
həlak olması barədə xəbər məni dərindən kədərləndirmişdir.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi
başsağlığı verirəm, zərər çəkənlərin hamısının
tezliklə sağalmasını
arzu edirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 may 2009-cu il
Azərbaycan.-2009.-5 may.-S.1.