Prezident İlham Əliyev paytaxtın Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir

 

 Mayın 4- Bakının Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evinin yenidənqurmadan sonra açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mehriban xanıma gül dəstəsi təqdim olundu.

Dövlətimizin başçısı xanımı ilk öncə uşaq evinin əvvəlki vəziyyətini tikinti işlərini əks etdirən fotoşəkillərə baxdılar.

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva uşaq evinin açılışını bildirən lenti kəsdilər bina ilə yaxından tanış oldular.

Bildirildi ki, respublikamızda analoqu olmayan Psixonevroloji Uşaq Evinin əvvəlki binası müasir tələblərə cavab vermirdi. Təxminən min kvadratmetr sahədən, ikimərtəbəli binadan ibarət olan müəssisədəki şərait uşaqların təlim-tərbiyəsi üçün uyğun deyildi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəfələrlə bu müəssisədə olması, tibbi bərpa təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanması, mövcud problemlərin həllinə dair tapşırıqlar verməsi Psixonevroloji Uşaq Evinin yeni, müasir standartlara uyğun bina ilə təmin edilməsinə şərait yaratmışdı. Keçən ilin may ayında yeni binanın layihəsi təsdiq olunmuş tikinti işlərinə başlanmışdır. Artıq bir ilin tamamında 4800 kvadratmetr sahəsi olan beşmərtəbəli yeni bina istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan binada tikinti işlərini "İlandağ" şirkəti həyata keçirmişdir. Gələcəkdə daun mərkəzinin tikintisi planlaşdırılır.

Həmin mərkəzin eskiz layihəsi dövlət başçısına təqdim olundu.

Bildirildi ki, binanın inşasında xarici ölkələrdən gətirilmiş tikinti materiallarından avadanlıqdan istifadə olunmuşdur. Milli memarlıq üslubunda inşa olunan binanın həyətində yenidənqurma işləri aparılmış, uşaqların işçilərin istirahəti üçün hər cür şərait yaradılmış, fəvvarə kompleksi tikilmiş, 2 min kvadratmetr ərazidə yaşıllıq salınmışdır.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin portreti onun müxtəlif tədbirlərdə uşaqlarla birgə fotoşəkillərindən ibarət stend quraşdırılmışdır. Burada dövlət başçısı İlham Əliyevin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla birgə fotoşəkilləri vardır.

Uşaq evinin birinci mərtəbəsində psixoloq, aromaterapiya, okulist, psixonevroloq, kiçik manipulyasiya, nevropotoloq-loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları qəbul şöbəsi yerləşir.

Fizioterapiya müalicə-idman zalının döşəməsinə yüksək texnologiya əsasında hazırlanmış örtük çəkilmişdir. Burada basketbol lövhələri, futbol qapıları, evcik oyun dəsti, elektrokarlar, velosipedlər, sürüşkən gimnastik elementlər quraşdırılmışdır. Kitabxanada müxtəlif nağılların diskləri, nəfis tərtibatlı kitablar, dərs ləvazimatı vardır. Autist xəstəlikləri olanlar üçün nəzərdə tutulmuş otaqda rəngarəng yumşaq oyuncaqlar qoyulmuşdur. Səksən nəfərlik akt zalında müasir oturacaqlar qoyulmuş, projektor quraşdırılmışdır. Yeni doğulanlar şöbəsində körpələr üçün xüsusi çarpayı-şkaflar yerləşdirilmişdir.

İkinci mərtəbədə funksional qüsurlu uşaqlar üçün aksessuarlar yerləşdirilmiş, terapiya zalında hər cür şərait yaradılmışdır. Mərkəzləşdirilmiş proqrama qoşulan televizor uşaqlarda vizual tərbiyə metodlarından istifadə üçün böyük əhəmiyyət daşıyır.

Üçüncü mərtəbədə isə funksional qüsurlu nisbətən böyük uşaqlar üçün hamam otağı yaradılmışdır. Fəal terapiya zalında uşaqların məşğələləri üçün hər cür şərait vardır, yerimə qabiliyyətinin bərpası ilə əlaqədar xüsusi qurğular, oyun elementləri yerləşdirilmişdir. Su ilə müalicə otağında masaj vannaları duşlar vardır.

Binanın alt mərtəbəsində ərzaq məhsullarının saxlanılması üçün anbar soyuducu kameralar yerləşir. Mətbəxdə istifadə olunan avadanlıq da yenilənmiş, funksional qüsuru olan uşaqlar üçün yeməkxanada xüsusi stullar qoyulmuşdur.

Quraşdırılmış 90 cihazdan ibarət müşahidə qurğusu ilə binanın xarici daxili daim nəzarətdə saxlanılır. Bu qurğu təlim-tərbiyə müalicə prosesi, qidalanma, yataq, nəzarət-buraxılış zonasında baş verənləri müşahidə etməklə yanaşı, gün ərzində onların videoyazısını avtomatik olaraq aparır saxlanılmasını təmin edir.

Mərkəzi istilik havalandırma sistemi ilə təchiz olunmuş binada epilepsiya, hidrosefal, mikrosefal, uşaq serebral iflici, onurğa beyni şişləri digər xəstəlikləri olan 7 yaşınadək uşaqlar müalicə alırlar. Onların müalicəsi təlim-tərbiyəsi ilə 95 nəfərdən ibarət tibbi, pedaqoji texniki heyət məşğul olur.

Sonda Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun adından Psixonevroloji Uşaq Evinə avtobus hədiyyə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-5 may.-S.2.