Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Bakı ofisinin yeni təyin
olunmuş rəhbəri
Bilge Cankoreli qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mayın 4-də ATƏT-in Bakı
ofisinin yeni təyin olunmuş rəhbəri Bilge Cankoreli
qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ATƏT
arasında əlaqələrin
hazırkı vəziyyəti
və perspektivləri
ilə bağlı məsələlər müzakirə
olundu, əməkdaşlığın
müxtəlif istiqamətlərinə
dair ATƏT-in Bakı
ofisinin fəaliyyəti
barədə fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə
təyin olunması münasibətilə Bilge Cankoreli
təbrik etdi və fəaliyyətində
ona uğurlar arzuladı. Bilge Cankorel Azərbaycan ilə ATƏT
arasında əməkdaşlığın
inkişaf etdirilməsində
səylərini əsirgəməyəcəyini
bildirdi.
AzərTAc
Azərbaycan.-2009.-5 may.-S. 2.