Heydər Əliyev Fondu Dövlət Neft Akademiyasında silahlı basqın nəticəsində həlak
olanların ailələrinə
və ağır xəsarət alanlara maddi yardım ayırmışdır
Bu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında çoxsaylı insan itkisi ilə nəticələnmiş faciəli
hadisə respublika ictimaiyyətini sarsıtmışdır.
Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qanlı hadisə zamanı doğmalarını
itirən ailələrin
dərdinə şərik
çıxaraq onlara başsağlığı göndərmiş,
bu sarsıntını
onlarla birgə yaşadığını qeyd
etmiş, həlak olanlara Allahdan rəhmət diləmişdir.
Mehriban xanım Əliyeva xəsarət alan və
müxtəlif tibb müəssisələrində müalicə kursu keçən yaralıların
səhhəti ilə maraqlanmışdır.
Faciəli hadisə
ilə əlaqədar
yardım göstərilməsi
məqsədilə həlak
olanların ailələrinə
Heydər Əliyev Fondu tərəfindən
15 min manat, ağır
xəsarət alanların
hər birinə 5 min manat məbləğində
pul vəsaiti ayrılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-5 may.-S.2.