Biz ümummilli liderin
yolunu davam etdiririk
"İRƏLİ" İctimai Birliyi müstəqil Azərbaycan
dövlətinin qurucusu,
ümummilli lider Heydər Əliyevin anadan olmasının
86-cı ildönümü münasibətilə "Heydər
Əliyev həftəsi"
elan etmişdir. Həftə çərçivəsində ilk tədbir Bakı Slavyan Universitetində keçirilmişdir. Universitetin akt
salonunda "Öndərimizin
yolu ilə gedirik" mövzusunda interaktiv mühazirələr
oxunmuşdur.
BSU-nun rektoru, professor Kamal Abdullayev bildirmişdir ki, müasir müstəqil Azərbaycan
dövlətinin yaradılmasında
və inkişafında
dahi Heydər Əliyevin rolu və xidmətləri əvəzsizdir. Bu mövzunun
mütəmadi və
tam işıqlandırılması üçün BSU-da
"Heydər Əliyev
məktəbi" tələbə
teleradio studiyası fəaliyyət göstərir.
K.Abdullayev demişdir:
"Bugünkü mühazirələr
dinləyicilərin böyük
marağına səbəb
olacaqdır".
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə
"Heydər Əliyev
- liderlikdən ümummilli
liderliyə gedən yol" mövzusunda mühazirə oxumuşdur. O demişdir:
"Hər bir dövlətin öz lideri var, lakin
onların heç də hamısı ümummilli lider səviyyəsinə yüksələrək,
öz ölkəsinin
tarixində Heydər Əliyev kimi yer tuta bilməmişdir".
Z.Səmədzadə bildirmişdir ki, "Azərbaycan iqtisadiyyatı
XX əsrdə" adlı
nəşrə hazırlanan
kitabda Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında
rolu və xidmətləri barədə
ətraflı söhbət
açılır. Qeyd olunur
ki, ulu öndərin
səyləri sayəsində
ölkəmiz keçmiş
SSRİ respublikaları iqtisadiyyatlarının
reytinqindəki 15-ci yerdən
ön sıralara yüksəlmiş və iqtisadiyyatını inkişaf
etdirmişdir.
Sonra Milli Məclisin deputatı Məlahət Həsənovanın "Heydər
Əliyev haqqında bilmədiklərimiz", Yeni
Azərbaycan Partiyası
Gənclər Birliyinin
sədri Ramil Həsənovun "Heydər
Əliyev - gənclərin
xatirələri" mövzularında
məruzələri dinlənilmişdir.
Tədbirdə Bakının Nəsimi
Rayon İcra Hakimiyyətinin
başçısı Nəsib
Məhəməliyev iştirak
etmişdir.
AzərTAc
Azərbaycan.-2009.-5 may.-S.5.