Azərbaycan Universitetində elmi-praktiki
seminar keçirilmişdir
Dünən Azərbaycan Universitetində
ümummilli lider Heydər Əliyevin anadan olmasının
86-cı ildönümünə həsr edilmiş elmi-praktiki seminar keçirilmişdir. Öncə professor-müəllim heyəti və tələbələr
xalqımızın ümummilli
lideri Heydər Əliyevin məzarını
ziyarət edərək
dahi öndərin xatirəsini yad etmişlər.
Sonra Azərbaycan Universitetində
seminar öz işinə
başlamışdır. Seminarı
açıq elan edən universitetin rektoru, AMEA-nın müxbir üzvü,
professor Akif Musayev Heydər Əliyevin uğurlu siyasi fəaliyyəti barədə
danışmış, ulu
öndərin öz ömrünü Azərbaycan
xalqına həsr etdiyini vurğulamışdır.
A.Musayev Heydər Əliyevin doğma Azərbaycanı ən ağır günlərində xilas etdiyini, müstəqil dövlət kimi bütün dünyaya tanıtdığını və
ölkəmizin beynəlxalq
aləmdə layiqli yer tutmasında əvəzsiz xidmətlər
göstərdiyini bir daha xatırlatmışdır.
Rektor qeyd etmişdir ki, ulu öndərin
şah əsəri olan müasir Azərbaycanın inkişaf
konsepsiyası daimi olaraq müstəqil dövlətimizi irəli aparacaqdır.
Tədbirdə Heydər Əliyevin həyatını və Azərbaycan dövlətçiliyində
fəaliyyətini əks
etdirən film nümayiş
olunduqdan sonra Azərbaycan Universitetinin kafedra müdiri E.Qəhrəmanov "Azərbaycanın
Heydər Əliyev vektoru" mövzusunda məruzə ilə çıxış etmişdir.
Seminarda Milli Məclisin deputatları Fəttah Heydərov, Xanhüseyn Kazımlı,
Məlahət Həsənova,
Aydın Mirzəzadə,
akademik Teymur Bünyadov çıxış
etmişlər.
Tədbirin sonunda Azərbaycan Universitetinin tələbələrindən
bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlük
vəsiqələri təntənəli
şəkildə təqdim
olunmuşdur.
Rizvan Cəfərov
Azərbaycan.-2009.-5 may.-S.5.