Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Heydər
Əliyev Fondunda olmuşlar
Mayın 3-də Mədəniyyət və
Turizm Nazirliyinin nümayəndələri Heydər
Əliyev Fondunda olmuşlar.
Qonaqlara Fondun beş illik
fəaliyyəti haqqında
ətraflı məlumat
verildi.
Nazirliyin nümayəndələri
dünyanın tanınmış
siyasi xadimlərinin xalqımızın dahi oğluna bəxş etdikləri hədiyyələrlə,
ulu öndərimiz haqqında kitablarla, ümummilli liderin dövlət təhlükəsizliyi
orqanlarında, Moskvada
yüksək dövlət
vəzifəsində işləyərkən
çəkilmiş şəkilləri,
ailə albomu, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət
və incəsənət
xadimlərinin Azərbaycan
dövlətinin qurucusu
haqqında fikirləri
ilə tanış oldular.
Ulu öndərin Azərbaycanın
xalq rəssamı Tahir Salahov tərəfindən
1983-cü ildə çəkilmiş
portreti qonaqlarda xüsusi maraq doğurdu.
Bildirildi ki, ümummilli lider mədəniyyət və incəsənət xadimlərinə daim diqqət və qayğı ilə yanaşırdı.
Fondun 5 illik yubileyi münasibətilə nazirliyin
adından Fonda ulu öndərin yeni fotoşəkilləri və
mədəniyyət xadimlərinin
təbrik sözlərinin,
xoş arzularının
yazıldığı albom
hədiyyə olundu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu şəkillərin
Dövlət Film Fondunun
arxivindən götürüldüyünü
bildirdi. Əlamətdar
yubiley münasibətilə
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı mədəniyyət
işçiləri adından
təbrik edən nazir, Fondun mədəniyyət
sahəsində həyata
keçirdiyi böyük
layihələrin əhəmiyyətini
vurğuladı, diqqət
və qayğıya görə minnətdarlığını
bildirdi.
AzərTAc
Azərbaycan.-2009.-5 may.-S.7.