Uşaqları yeni tamaşalarla sevindiririk
Salyan Dövlət Kukla Teatrında uşaqlar üçün maraqlı,
baxımlı tamaşalar
hazırlanır. Onlardan Tofiq Kərimin "Meşədə əhvalat",
Sevinc Nuruqızının
"Gəlinciklər", Rafiq Mirzənin "Yetim Fatma", Firudin Ağayevin "Cırtdan və Sehirbaz", Abdulla Şaiqin
"Danışan kukla",
Təzahür Mehdiyevin
"Keçəlin toyu"
və başqa səhnə nümunələrini
göstərmək olar.
Bu günlərdə
"Uşaq ili" ilə əlaqədar daha yeni bir tamaşa
uşaqların ixtiyarına verilmişdir. Rəhman Əlizadənin
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
hazırlanan "Tülkünün uçuşu"
tamaşasına ictimai baxış keçirilmişdir. Baxışda teatrın şura üzvləri, Mədəniyyət
və Turizm Nazirliyinin və Salyan Rayon İcra Hakimiyyətinin əməkdaşları
iştirak etmişlər.
Tamaşanın
rejissoru Cahangir Qaraşov, quruluşçu rəssamı Ceyhun
Rüstəmbəyli, musiqi tərtibatçısı Təzahür
Mehdiyevdir. Əsas
rollarda Mədinə Ramazanova, Maytab Gözəlova, Rauf Həsənov,
Əlizamin Həsənli, Elmir Muradov, Aygül Muradova, Leyla Vəliyeva
iştirak edirlər.
Ümumiyyətlə,
Salyan Dövlət Kukla Teatrının yaradıcı heyəti
"Uşaq ili" ilə əlaqədar rəngarəng tədbirlər
həyata keçirir. Rayonun məktəblərində
çıxışlar etməklə yanaşı, qonşu
Biləsuvar və Cəlilabad rayonlarında da qastrol
tamaşaları göstərirlər.
Yavər Cəbrayılov,
Salyan Dövlət Kukla
Teatrının direktoru
Azərbaycan.-2009.-5 may.-S.8.