Azərbaycanın xarici işlər naziri ABŞ-a işgüzar səfərə getmişdir

 

Mayın 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfərə getmişdir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, ikigünlük səfər çərçivəsində E.Məmmədyarov ABŞ-ın dövlət katibi Hillari Klinton, Pentaqonun Milli Təhlükəsizlik Şurasının rəsmiləri bir qrup yerli ekspertlərlə görüşəcəkdir.

Görüşlərdə Azərbaycan-ABŞ münasibətlərinə, regionda baş verən son proseslərə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə olunacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-5 may.-S.7.