Bakı Tennis Akademiyasının açılışı olmuşdur

 

 Mayın 5- Bakı Tennis Akademiyasının açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mehriban xanıma gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev xanımı mərasimdə iştirak etmək üçün xarici ölkələrdən gəlmiş qonaqlarla Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Azərbaycan Tennis Akademiyasının prezidenti, Milli Məclisin Sədri Oqtay Əsədov mərasimdə iştirak edən Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişevi, gürcüstanlı məşhur tennisçi Leyla Mesxini Xorvatiyadan olan nümayəndələri dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev Bakı Tennis Akademiyasının açılışını bildirən lenti kəsdi.

Sonra yeniyetmə tennisçilərin nümunəvi çıxışları təqdim olundu.

Dövlətimizin başçısına məlumat verildi ki, mayın 5-dən 10-dək bu kompleksdə yeniyetmələr arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr olunan tennis turniri keçiriləcəkdir. Belə bir kompleksin tikilməsi yarışın keçirilməsi göstərir ki, Azərbaycanda idmanın bu növünə böyük maraq vardır.

Bildirildi ki, ilk dəfədir Azərbaycan paytaxtında Tennis Akademiyası inşa olunur. 2008-ci ilin martında Bakının 8-ci mikrorayonunda tikintisinə başlanmış akademiyanın ərazisi 2,7 hektardır. Mərkəzi kort da daxil olmaqla, kompleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Burada avadanlığı İtaliyadan gətirilmiş iri tutumlu su anbarı, nasos stansiyası, elektrik idarəetmə otağı transformator yarımstansiyası tikilmişdir. Bu qurğular akademiyanın su elektrik enerjisi ilə etibarlı təmin olunmasına imkan verəcəkdir.

Dövlətimizin başçısı qapalı məşq kortlarına baxdı, burada yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, Bakı Tennis Akademiyasının müasir tələblərə cavab verməsini təmin etmək məqsədilə kortların tikintisi, qurğu avadanlığın quraşdırılması zamanı yerli xarici mütəxəssislərin gücündən istifadə olunmuşdur. Bu işdə Avropada yaxşı tanınmış, acıq qapalı kortların, idman meydançaları komplekslərin tikintisində xüsusi təcrübəsi olan Xorvatiyanın "Concept-90" şirkətinin son texnologiyalar əsasında istehsal etdiyi örtüklərdən istifadə edilmişdir.

 Burada gənclər peşəkar mütəxəssislərin köməyi ilə tennisin sirlərinə yiyələnəcəklər. Akademiyada xaricdən dəvət olunmuş məşqçilər dərs deyəcəklər. Uzunluğu 126 metr, eni 36 metr olan 407 nəfər tamaşaçı tutan qapalı zalda beynəlxalq standartlara cavab verən şərait yaradılmışdır. Kortların hər birinin sahəsi beynəlxalq standartlara uyğun olaraq 670 kvadratmetrə bərabərdir. İlin bütün fəsillərində burada yerli beynəlxalq yarışların məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik havalandırma sistemi quraşdırılmışdır.

Dövlətimizin başçısı burada yeniyetmə tennişçilərin oyununu izlədi.

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva kompleksin ərazisindəki kafedə yaradılan şəraitlə tanış oldular. Dövlətimizin başçısı Bakı Tennis Akademiyasının maketinə baş planına baxdı. Bildirildi ki, gələcəkdə akademiyanın ərazisi daha da genişləndiriləcək, burada yeni binalar inşa olunacaqdır. Sonra Bakı Tennis Akademiyasının gələcək görüntülərindən ibarət videoçarxın nümayişi oldu.

Prezident İlham Əliyevə akademiyanın ərazisində aparılacaq tikinti işləri barədə məlumat verildi. Bildirildi ki, beynəlxalq standartlara cavab verən Avropada ən müasir komplekslərdən olan Bakı Tennis Akademiyasının ərazisində idman hovuzu məşq zalı bu ilin sentyabrında istifadəyə veriləcəkdir. Yaxın gələcəkdə isə yeddimərtəbəli, dördulduzlu mehmanxana ümumi sahəsi 2510 kvadratmetr olacaq 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa ediləcəkdir. Stadionda tennis ilə yanaşı, voleybol, mini futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks idmanın digər növləri üzrə ən mötəbər çempionatlar turnirlər keçiriləcəkdir.

 Bakı Tennis Akademiyası ilə tanışlıqdan sonra dövlətimizin başçısı tikintidə iştirak edən inşaatçılarla görüşdü.

İnşaatçıları təbrik edən Prezident İlham Əliyev dedi:

- Çox gözəl obyekt tikmisiniz.

Ən yüksək standartlara cavab verir. Həm idman üçün, həm insanların sağlamlığı, dincəlməsi üçün bütün şərait var. Çox şadam ki, bu gözəl işləri yerli şirkət görüb. Bu onu göstərir ki, Azərbaycanda müasir, güclü sənaye tikinti potensialı var. Əvvəllər belə işlərlə xarici şirkətlər daha çox məşğul idi. Belə gözəl obyektləri onlar tikirdilər. İndi yerli şirkətlər, yerli adamları, yerli fəhlələr həm işlə təmin olunurlar, həm gözəl memarlıq əsərləri yaradırlar. Buna görə sizə minnətdaram. Çox yaxşı işləmisiniz. Gələcəkdə Azərbaycanda işlər çox olacaq. Hazırlaşın, növbəti obyektlərin tikintisində fəal iştirak etmək üçün imkanlarımız var. Bir daha təbrik edirəm.

Dövlətimizin başçısı Bakı Tennis Akademiyasında yaradılmış şəraitdən, habelə ərazidə aparılmış yenidənqurma abadlıq işlərindən razılığını bildirdi, tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 may.-S.1.