Azərbaycan Prezidenti İlham Əliyev ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti məsələləri
üzrə müşaviri
xanım Meri Varlikin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mayın 5-də ABŞ müdafiə
nazirinin Avropa və NATO siyasəti məsələləri üzrə
müşaviri xanım
Meri Varlikin başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir.
Xanım Meri Varlik Azərbaycan
Dövlət Neft Akademiyasında çoxsaylı
insanların həlak olması ilə nəticələnmiş faciəli
hadisə ilə əlaqədar ABŞ Prezidenti
Barak Obamanın başsağlığını
dövlətimizin başçısına
çatdırdı. O, ölkəmizə
Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına
qoşulmasının 15 illiyi
münasibətilə Bakıda
keçirilən "NATO-Azərbaycan:
keçmişi qiymətləndirərək
gələcəyə baxış"
mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün səfər etdiyini dedi. Xanım Meri Varlik İraqda və Əfqanıstanda aparılan
sülhməramlı əməliyyatlara
Azərbaycanın verdiyi
töhfəyə görə
ABŞ-ın minnətdarlığını
ifadə etdi.
Dövlətimizin başçısı ABŞ Prezidentinin
başsağlığına görə təşəkkürünü
bildirdi. Prezident İlham Əliyev
Azərbaycan-ABŞ ikitərəfli
münasibətlərinin uğurla
inkişaf etdiyini vurğuladı. Azərbaycan-NATO əməkdaşlığına toxunan dövlətimizin başçısı bu əlaqələrin genişlənməsindən
məmnunluğunu bildirdi.
AzərTAc
Azərbaycan.-2009.-6 may.-S.1.