"2009-2014-cü illərdə
Azərbaycanda şahmatın
inkişaf etdirilməsi
Dövlət Proqramı"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasında
şahmat sahəsində
mövcud potensialı
və əldə olunmuş yüksək nailiyyətləri nəzərə
alaraq, şahmata dövlət qayğısının
daha da artırılması,
o cümlədən onun
maddi-texniki təminatının
möhkəmləndirilməsi, elmi-metodiki və normativ hüquqi bazasının təkmilləsdirilməsi
məqsədi ilə qərara alıram:
1. "2009-2014-cü illərdə Azərbaycanda
şahmatın inkişaf
etdirilməsi Dövlət
Proqramı" təsdiq
edilsin.
2. Bu sərəncamın
1-ci bəndində qeyd
olunan Dövlət Proqramının həyata
keçirilməsi üzrə
tədbirlərin əlaqələndiricisi
Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
4. Bu sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 may 2009-cu il
Azərbaycan.-2009.- 6 may.-S.1.