Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Möhtərəm cənab
Prezident!
Psixi cəhətdən qeyri-sabit şəxsin Bakı təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Neft Akademiyasına basqını nəticəsində baş vermiş və o qədər gənc insanın həyatına son qoymuş faciə haqqında xəbəri dərin kədər hissi ilə qarşıladım. Günahsız insanların ölümü hamımızı sarsıtdı. Bu günlərin gətirdiyi ağrı-acını Azərbaycan xalqı ilə bölüşərək mərhumların yaxınları ilə dualarımızda birləşirik.
Zati-aliləri, bütün Polşa xalqı adından və şəxsən öz adımdan faciə zamanı həlak olanların ailələrinin dərdlərinə şərik olduğumuzu bildirir, bu faciəli hadisə nəticəsində yaralananların qısa bir zamanda sağalmasını arzulayıram.
Lex Kaçinski,
Polşa Respublikasının Prezidenti
Varşava, 30 aprel 2009-cu il
Azərbaycan.-2009.-6 may.-S.1.