Respublika Hərbi Prokurorluğunda hazırlanmış
"Heydər Əliyev:
Dövlət xalq üçündür" kitabı
və digər nəşrlərin elektron
variantları Prezident Kitabxanasına təqdim olunmuşdur
Mayın 5-də Prezident
Kitabxanasında respublikanın
hərbi prokuroru, ədliyyə general-leytenantı
Xanlar Vəliyevin redaktorluğu ilə nəşr olunmuş
"Heydər Əliyev
və ordu quruculuğu", "Heydər
Əliyev və qanunçuluq", "Heydər
Əliyev dövlətçilik
haqqında" və
"Heydər Əliyev:
Dövlət xalq üçündür" kitablarının
elektron variantları və həmçinin
"Heydər Əliyev:
Dövlət xalq üçündür" kitabının
təqdimat mərasimi
keçirilmişdir.
Tədbiri giriş
sözü ilə açan Prezident Kitabxanasının direktoru
Mayıl Əhmədov
bildirmişdir ki, kitabda ulu öndərimiz
Heydər Əliyevin irsi kontekstində siyasi-hüquqi, sosial-iqtisadi
və mədəni-mənəvi
həyatın aktual problemləri, eləcə
də müdrik dövlət xadimi barəsində görkəmli
şəxsiyyətlərin fikirləri öz əksini tapmışdır.
Bu kitab siyasətçilər,
elm adamları, eləcə
də geniş oxucu auditoriyası üçün nəzərdə
tutulmuşdur.
Sonra hərbi prokurorluq tərəfindən hazırlanmış
kitabların elektron variantlarının fotoslaydları
nümayiş etdirilmişdir.
Baş prokurorun
müavini, respublikanın
hərbi prokuroru, ədliyyə general-leytenantı
Xanlar Vəliyev görkəmli dövlət
xadimi Heydər Əliyevin 1969-cu ildən başlayaraq müasir Azərbaycanın tarixindəki
rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində
həyata keçirdiyi
müdrik və uğurlu siyasət barədə ətraflı
məlumat vermişdir.
Hərbi prokuror ulu öndərimizin
siyasi rəhbərliyi
dövründə Azərbaycanın
inkişaf etmiş dünya dövlətləri
sırasında özünə
layiqli yer tutduğunu, aparılmış
mütərəqqi islahatlar
nəticəsində hüquqi
və sivil bir dövlətə çevrildiyini, qanunçuluğun,
ictimai-siyasi sabitliyin bərqərar edildiyini faktlarla əsaslandırmışdır.
Ulu öndər
Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı
Prezident İlham Əliyevin respublikamızda
hüquqi islahatları
uğurla davam etdirdiyini vurğulayan hərbi prokuror, dövlətimizin başçısının
Azərbaycanın inkişafı,
ölkənin təhlükəsizliyinin,
əmin-amanlığın qorunması istiqamətində
gördüyü işlərdən
bəhs etmişdir.
Yeni nəşrlə
bağlı məlumat
verən Xanlar Vəliyev nəzərə
çarpdırmışdır ki, təqdim olunan "Heydər Əliyev: Dövlət xalq üçündür"
kitabı geniş oxucu kütləsinə görkəmli insan və siyasətçi Heydər Əliyev şəxsiyyətinin əsil
miqyasını daha dərindən anlamağa,
onun Azərbaycan dövlətinin təşəkkülünə
və möhkəmləndirilməsinə
çox böyük töhfələr verməsini
layiqincə qiymətləndirməyə
imkan yaradır. Kitabda ümummilli liderimiz Heydər Əliyevin
müdrik kəlamları, aforizmləri, cəmiyyətin
sosial-iqtisadi, hüquqi, mədəni həyatının ən
geniş sahələrini əhatə edən
çıxış və nitqlərindən seçilmiş
fikirlər toplanmışdır. Ulu
öndərin nitq və çıxışlarından
toplanmış hər bir sitat bu dahi şəxsiyyətin, əsl
vətənpərvər insanın müdrikliyindən xəbər
verir.
Milli Məclisin deputatları
Musa Quliyev, Havva Məmmədova, İlham Məmmədov və Əkrəm
Abdullayev böyük zəhmət hesabına
yazılmış kitabın Heydər Əliyev irsinin dərindən
öyrənilməsi, onun gələcək nəsillərə
çatdırılması yönündə mühüm əhəmiyyət
daşıdığını bildirmiş, nəşrin
xarici dillərə də tərcümə olunmasının zəruriliyini
vurğulamışlar.
Bildirilmişdir
ki, respublika Hərbi Prokurorluğu tərəfindən
hazırlanmış nəşrlər kitabxananın elektron
saytına daxil edilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-6 may.-S.2.