Heydər Əliyev İrsini
Araşdırma Mərkəzinin "Azərbaycan-NATO: tərəfdaşlıqdan
başlanan yol" kitabı çap edilmişdir
Heydər Əliyev İrsini
Araşdrıma Mərkəzi ulu öndərin anadan
olmasının 86-cı ildönümünə ithaf etdiyi
"Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol"
kitabını nəşr etdirmişdir.
Azərbaycan
Respublikasının NATO-nun "Sülh naminə tərəfdaşlıq"
çərçivə sənədini imzalamasının 15
illiyi ərəfəsində işıq üzü görən
kitab Azərbaycan, ingilis və fransız dillərindədir.
Kitab ulu öndər Heydər
Əliyevin 1999-cu il aprelin 26-da NATO-nun 50 illik yubileyinə həsr
olunmuş zirvə görüşündə dediyi "Biz
"Sülh naminə tərəfdaşlıq" Proqramı
çərçivəsində NATO ilə əməkdaşlığa
böyük əhəmiyyət veririk və Azərbaycanın
Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə
münasibətlərinin daha da dərinləşdirilməsinə
öz tərəfimizdən hər cür kömək göstərəcəyik"
və Prezident İlham Əliyevin 2004-cü il iyunun 29-da
NATO-nun İstanbul sammitində dediyi "Fərdi tərəfdaşlığın
fəaliyyət Planı"nda iştirakımız Azərbaycanın
NATO ilə işbirliyində vacib dönüş nöqtəsidir
və bizim təhlükəsizlik siyasətimizin
inkişafına nəzərəçarpaçaq töhfə
verəcəkdir" fikirləri ilə başlayır.
Kitabda ümummilli lider Heydər
Əliyevin NATO-nun mənzil-qərargahında, bu təşkilatın
Vaşinqton və Avropa-Atlantika Əməkdaşlıq
Şurasının Madrid zirvə görüşlərindəki,
Parlament Assambleyasının Praqa sessiyasındakı
çıxışları, NATO baş katibləri Xavyer
Solana və Corc Robertson ilə görüşləri, eləcə
də Prezident İlham Əliyevin NATO-nun İstanbul zirvə
sammitində, "Avratlantik ittifaqı yol ayrıcında"
mövzusunda beynəlxalq konfransda, Parlament Assambleyasının
Paris sessiyalarındakı çıxışları və
NATO baş katibi Yaap de Hoop Sxeffer ilə görüşləri
yer almışdır.
Nəşrin forzasında
dünyanın və Azərbaycan Respublikasının xəritələri,
NATO-nun üzvü və tərəfdaşı olan ölkələrin
adları və bayraqlarının təsvirləri
verilmişdir.
Kitaba tarixi arayışlar,
Şimali Atlantika Alyansı, Azərbaycan-NATO əlaqələri
haqqında məlumatlar, Ermənistanın Azərbaycana
qarşı işğalçılıq siyasəti ilə
bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri,
ATƏT-in zirvə görüşlərinin sənədləri,
məlumat-sorğu materialları və fotosənədlər
daxil edilmişdir.
Tədqiqatçılar,
politoloqlar, tələbələr, eləcə də Azərbaycanın
dünya birliyinə inteqrasiyası ilə maraqlananlar
üçün sanballı və dəyərli mənbə
olan kitabın məsləhətçisi və ön
sözünün müəllifi AMEA-nın həqiqi
üzvü Asəf Nadirov, yaradıcı heyətin rəhbəri
Fuad Babayevdir.
Kitabın tərtib
olunmasında Azərbaycan Respublikası Prezidentinuin mətbuat
xidmətinin, habelə AzərTAc-ın, NATO-nun, BMT-nin və ATƏT-in
rəsmi saytlarının materiallarından istifadə
olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-6 may.-S.2.