"Prezident İlham Əliyev və mədəniyyət
(2003-2008)" elektron kitabın
təqdimat mərasimi
keçirilmişdir
Mayın 5-də
M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və
Turizm Nazirliyi və Prezident Kitabxanasının birgə layihəsi
ilə hazırlanmış "Prezident İlham Əliyev və
mədəniyyət (2003-2008)" ikicildlik kitabın elektron
versiyasının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyevin mədəniyyətimizin inkişafına,
tərəqqisinə göstərdiyi
diqqət və qayğıdan danışan
M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov mərasimi açaraq dedi ki, ölkə başçısının mədəniyyət
sahəsində imzaladığı
fərman və sərəncamlar bu sahədə yeni inkişafın başlanğıcından
xəbər verir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında
qeyd etdi ki, bu kitab
keçən il geniş ictimaiyyətə təqdim
olunmuşdur. Respublikanın
müxtəlif təşkilatlarından,
kitabxanalardan, mədəniyyət
ocaqlarından nazirliyə
daxil olan çoxsaylı müraciətlər
nəzərə alınaraq
bu il
kitabın elektron versiyası hazırlanmışdır.
Kitabın birinci cildində Prezident İlham Əliyevin Azərbaycan və dünya mədəniyyətinin xadimləri
ilə görüşləri,
müxtəlif mədəniyyət
müəssisələrində çıxış və
tövsiyələri, müsahibələri
öz əksini tapmışdır. Kitabın ikinci cildində isə, Prezident İlham Əliyevin mədəniyyət xadimlərinə
ünvanladığı təbrik
teleqramları, mədəniyyət
sahəsində imzaladığı
fərman, sərəncam
və qanunlar, habelə mədəniyyət,
ədəbiyyat, tarixi-mədəni
irs və
milli mənəvi dəyərlər haqqında
fikirləri yer almışdır. Kitabın hər
iki cildində Prezident İlham Əliyevin bu sahə ilə bağlı mərasimlərdəki
fotoşəkilləri verilmişdir.
Bildirilmişdir ki, layihənin rəhbəri mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevdir. Nəşrin elmi məsləhətçiləri
professor Teymur Əhmədov
və hüquq elmləri namizədi Əli Eyvazovdur. Elektron kitabın hazırlanmasında
AzərTAc-ın materiallarından
istifadə olunmuşdur.
S.Məmmədəliyeva vurğulamışdır ki,
təqdim edilən elektron kitab Ü.Hacıbəylinin "Koroğlu"
operasının uvertürası
ilə müşayiət
olunur. M.F.Axundov adına Milli
Kitabxananın və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının veb-saytının
"Elektron kitabxana"
bölməsində yerləşdirilmiş
bu kitabdan bütün oxucular istifadə edə bilərlər.
"Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)" ikicildlik elektron kitabın hazırlanmasında
xüsusi əməyi
olan mütəxəssislərə
nazirliyin fəxri fərmanları təqdim olunmuşdur.
Mərasimdə Azərbaycan
Aşıqlar Birliyinin
sədri, xalq şairi Zəlimxan Yaqub, xalq yazıçısı
Çingiz Abdullayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, əməkdar
elm xadimi, professor Abuzər
Xələfov və başqaları çıxış
edərək, elektron kitabın Azərbaycan mədəniyyətinin müasir
tarixinin öyrənilməsi
baxımından əhəmiyyətini
vurğulamışlar.
Diqqətə çatdırılmışdır ki, "Prezident İlham Əliyev və mədəniyyət
(2003-2008)" elektron kitabı
müxtəlif nazirlik,
idarə və təşkilatlara, habelə
respublikanın şəhər
və rayon kitabxanalarına
hədiyyə olaraq veriləcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-6 may.-S.2.