“Prezident
İlham Əliyev və mədəniyyət
(2003-2008)” elektron kitabı təqdim olundu
Mayın 5-də M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət
və Turizm Nazirliyi və
Prezident Kitabxanasının birgə layihəsi
ilə hazırlanmış “Prezident İlham Əliyev və mədəniyyət
(2003-2008)” ikicildlik kitabın elektron versiyasının təqdimat mərasimi
keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyətimizin
inkişafına, tərəqqisinə göstərdiyi diqqət
və qayğıdan danışan M.F.Axundov
adına Milli Kitabxananın direktoru Kərim Tahirov mərasimi
açaraq dedi ki, ölkə başçısının mədəniyyət
sahəsində imzaladığı fərman və sərəncamlar
bu sahədə yeni
inkişafın başlanğıcından xəbər verir. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
çıxışında qeyd etdi ki, bu
kitab keçən il geniş ictimaiyyətə təqdim olunub. Respublikanın müxtəlif təşkilatlarından,
kitabxanalardan, mədəniyyət
ocaqlarından nazirliyə daxil olan çoxsaylı müraciətlər nəzərə
alınaraq, bu il
kitabın elektron versiyası
hazırlanıb.
Kitabın birinci cildində Prezident İlham Əliyevin
Azərbaycan və dünya mədəniyyətinin
xadimləri ilə görüşləri, müxtəlif mədəniyyət
müəssisələrində çıxış və
tövsiyələri, müsahibələri öz
əksini tapıb. Kitabın ikinci
cildində isə Prezident İlham
Əliyevin mədəniyyət xadimlərinə
ünvanladığı təbrik teleqramları, mədəniyyət
sahəsində imzaladığı fərman, sərəncam və
qanunlar, habelə mədəniyyət, ədəbiyyat,
tarixi-mədəni irs və milli mənəvi dəyərlər
haqqında fikirləri yer alıb.
Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevdir. Nəşrin elmi
məsləhətçiləri professor Teymur Əhmədov və hüquq
elmləri namizədi Əli Eyvazovdur.
S.Məmmədəliyeva vurğuladı ki,
təqdim edilən elektron kitab
Ü.Hacıbəylinin “Koroğlu”
operasının uvertürası ilə müşayiət olunur. M.F.Axundov adına Milli Kitabxananın və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının
veb-saytının “Elektron kitabxana”
bölməsində yerləşdirilmiş bu
kitabdan bütün oxucular istifadə edə bilərlər.
“Prezident İlham
Əliyev və mədəniyyət (2003-2008)” ikicildlik
elektron kitabın hazırlanmasında xüsusi əməyi olan
mütəxəssislərə nazirliyin fəxri
fərmanları təqdim olundu. Mərasimdə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, xalq yazıçısı Çingiz
Abdullayev, Milli Məclisin
deputatı Aydın Mirzəzadə, əməkdar elm xadimi, professor
Abuzər Xələfov və başqaları
çıxış edərək, elektron
kitabın Azərbaycan mədəniyyətinin müasir
tarixinin öyrənilməsi baxımından
əhəmiyyətini vurğuladılar.
Mədəniyyət. - 2009.- 6 may.- S. 1-2.