Praqa şəhərinin
"Ruzıne" hava
limanında qarşılanma
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın
6-da Çexiya Respublikasına işgüzar səfərə gəlmişdir.
Dövlətimizin başçısını Praqa şəhərinin "Ruzıne" hava limanında Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.
AzərTAc
Azərbaycan.-2009.-7 may.-S.1.