Böyük öndərin iqtisadi siyasət strategiyası
İctimai-siyasi həyatın
bütün sahələri üzrə sabitliyin, vətəndaş
həmrəyliyinin və dinamik iqtisadi inkişafın təmin
edilməsi böyük öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Böyük
öndər siyasi hakimiyyətə qayıdışı ilə
dövlət müstəqilliyini möhkəmləndirdi,
ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında,
beynəlxalq əlaqələrdə dönüş
yaratdı, və bununla da, elmi əsaslara, beynəlxalq norma və
prinsiplərə uyğun müstəqil dövlət
quruculuğu prosesi başlandı.
1994-cü ilin 20
sentyabrında "Əsrin müqaviləsi"
adlandırılan ilk neft müqaviləsi imzalanmaqla Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni
neft strategiyası həyata keçirilməyə
başlandı. Xəzər dənizinin Azərbaycana aid
sektorunda yerləşən "Azəri",
"Çıraq" və "Günəşli"
yataqlarının birgə istismarı ilə bağlı neft
hasilatı üzrə tanınmış yüksək
nüfuza malik dünya dövlətlərini təmsil edən
12 iri neft şirkəti arasında beynəlxalq müqavilə
imzalandı. Ölkəmizin iqtisadi inkişafında
böyük rol oynayan bu qlobal layihənin uğurla
reallaşdırılması Azərbaycanın
dünyadakı rolunu və yerini möhkəmləndirdi.
Böyük öndər Heydər Əliyev "Əsrin
müqaviləsi"nin 5 illik yubileyi ilə əlaqədar
keçirilən mərasimdə bildirmişdi: "Biz ölkəmizi
iqtisadi cəhətdən inkişaf edən ölkə etmək
istəyirik. Biz ölkəmizin vətəndaşlarına
firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət
kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə
neft sahəsində deyil, Azərbaycanın
iqtisadiyyatının, həyatının bütün başqa
sahələrində də gördüyümüz işlər
məhz bu məqsədi daşıyır".
"Əsrin
müqaviləsi"nin həyata keçirilməsi Azərbaycan
iqtisadiyyatında əsaslı dönüş yaratdı və
daha iri layihələrin reallaşdırılmasına
geniş imkanlar açdı. Neftdən əldə edilən vəsaitlər
böyük öndər Heydər Əliyev tərəfindən
yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplanaraq ölkənin
taleyüklü məsələlərinin həllinə və
sosial problemlərin aradan qaldırılmasına yönəldildi.
Heydər Əliyevin yeni neft
strategiyasının davamlı uğurları Azərbaycan
dövlətinin dinamik iqtisadi tərəqqisinə
çevrildi. Neft siyasətinin əsasını da məhz
ölkənin proporsional iqtisadi inkişafı, sosial problemlərin
həlli, vətəndaş azadlığının və digər
demokratik dəyərlərin təmin olunması təşkil
edirdi.
Böyük öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf
konsepsiyasının əsasını neftdən əldə
olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəltmək
və bu sahəninin də tərəqqisinə nail olmaq idi. Uğurla aparılan iqtisadi islahatlar nəticəsində
1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin
edildi, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət
meyillər özünü göstərməyə
başladı. Xalqın mənafeyinə uyğun formada özəlləşdirilmə
prosesinin aparılması, sərbəst bazar rəqabəti
prinsiplərinin, xüsusi mülkiyyətçiliyin
bərqərar olması, habelə milli iqtisadiyyatın
dünya iqtisadi sisteminə inteqrasiyası müsbət nəticələr
verdi. Ölkədə həyata keçirilmiş özəlləşdirmə
prosesinin məqsədi də məhz hər bir vətəndaşın
iqtisadi islahatlarda şəxsi marağını təmin etmək,
əhalinin həyat səviyyəsini
yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan
istehsal üçün şərait yaratmaq olmuşdur.
İqtisadiyyatın bütün sahələrini əhatə
edən özəlləşdirmə prosesi müstəqil
respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə
formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin
yüksəlməsinə ciddi zəmin
yaratmışdır.
Özəlləşdirmə
prosesi ilə paralel respublikamızda həyata keçirilən
struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün
sahələrinin sürətli inkişafına, o cümlədən
yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə
təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli
məhsul istehsal edən müəssisələrin
yaradılmasına, infrastrukturun yeniləşməsinə,
yeni is yerlərinin açılmasına imkan vermişdir.
Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə
yeni mərhələsində məhz özəl sektoru
sosial-iqtisadi inkişafın başlıca təminatçısı
kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki
mövqelərinin güclənməsinə xüsusi diqqət
yetirmişdir. 1997-2002-ci illərdə respublikada
sahibkarlığın inkişafı üçün zəruri
maliyyə təminatı yaradılmış, süni maneələrin
aradan qaldırılması məqsədi ilə mükəmməl
qanunvericilik bazası
formalaşdırılmış, fəaliyyətin bu
növü ilə məşğul olanların hərtərəfli
stimullaşdırılması məsələsi nəzarətdə
saxlanılmışdır. İnvestisiyaların təşviqi
üçün respublikada daha münbit sərait yaratmaq,
daxili və xarici sərmayəni stimullaşdıran səmərəli
metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun
başlıca istiqamətini regionların, qeyri-neft sektorunun
inkişafına yönəltmək, habelə maddiləşən
işgüzar fəallığı gücləndirmək
üçün kompleks tədbirlər həyata
keçirilmişdir.
1997-ci ildə qəbul
edilmiş "Azərbaycan Respublikasında kiçik və
orta sahibkarlığın inkişafı (1997-2000-ci illər)
Dövlət Proqramı" əhəmiyyətinə,
aktuallığına və miqyasına görə ölkədə
sahibkarlığın inkişafında yeni mərhələnin
başlanğıcı olmuş, bu sahədə dövlət
siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir.
Dövlət proqramında ilk dəfə olaraq
sahibkarlığın stimullaşdırılması və
onun dövlət maliyyə təminatı mexanizmlərinin
formalaşdırılması, daxili bazarın qorunması yolu
ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi,
qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin
artırılması ilə bağlı kompleks tədbirlər
planı öz əksini tapmışdır. Dövlət
proqramı çərçivəsində həyata
keçirilmiş tədbirlər nəticəsində
sahibkarlıq subyektlərində əsassız yoxlamaların
aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə
əngəl yaradan problemlərin aradan qaldırılması
yolları göstərilmişdir. Kiçik
və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti
üçün sonrakı mərhələdə "Azərbaycan
Respublikasında kiçik sahibkarlığa dövlət
köməyi haqqında" Azərbaycan Respublikasının
Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr
edilmiş, habelə "Haqsız rəqabət
haqqında", "İnvestisiyaların qorunması
haqqında", "İstehlak bazarı haqqında" və
digər zəruri qanunlar qəbul edilmişdir. Bu
qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və
xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə
dövlət tərəfindən verilən hüquqi təminatı
daha da gücləndirmiş, investisiyaların
qarşılıqlı təşviqinə və
qorunmasına əsaslı zəmin
formalaşdırmışdır.
"Aqrar sahədə
islahatların sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında" böyük öndər Heydər
Əliyevin 1999-cu il 22 mart tarixli fərmanından sonra
torpaq-istehsal münasibətlərinin formalaşmasında və
daha da dərinləşməsində köklü irəliləyişlərə
nail olunmuşdur. Bu fərmanla kənd təsərrüfatı məhsulu
istehsalçıları, o cümlədən mülkiyyətə
əvəzsiz pay torpağı almış Azərbaycan
Respublikasının vətəndaşları Vergi Məcəlləsi
ilə tənzimlənən bir sıra vergilərdən azad
olunmuş, kolxoz və sovxozların milyardlarla
ölçülən qarşılıqlı
borcları silinmişdir. Eyni zamanda, kənd təsərrüfatı
məhsulu istehsalçılarına kənd təsərrüfatı
texnikası üçün yanacaq və sürtkü
materialları güzəştli qiymətlərlə
satılmağa başlanmışdır. Torpaq
islahatlarının, habelə aqrar sektorda aparılmış
digər köklü islahatların nəticəsidir ki,
respublikamızda istehsal olunan kənd təsərrüfatı
məhsullarında hər il dinamik artım müşahidə
edilməkdədir.
Böyük öndər
Heydər Əliyevin layiqli davamçısı Prezident
İlham Əliyev fəaliyyətə başladığı
dövrdən ölkənin sürətli sosial-iqtisadi
inkişafına hesablanan mühüm fərman və sərəncamlar
imzalamaqla yeni bir inkişaf mərhələsinin əsasını
qoydu. Ölkə başçısının
imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri
haqqında" və "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi
haqqında" fərmanları digər əhəmiyyətli
sahələrdə olduğu kimi, aqrar sektorun inkişafına
da müsbət təsir göstərmişdir.
Dövlət
proqramında ölkənin iqtisadi inkişaf
strategiyasının mühüm tərkib hissəsi olan torpaq
ehtiyatlarının davamlı və dayanıqlı istifadəsi
ön plana çəkilmiş, kənd təsərrüfatının
dinamik inkişaf etməsi, kənd əhalisinin sosial həyat səviyyəsinin
yüksəldilməsi, xüsusilə, insanların yerlərdə məşğulluğunun
təmin edilməsi sahəsində görüləcək
işlər qeyd olunmuşdur. Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının vaxtından əvvəl və uğurla yerinə
yetirilməsi kənd əhalisinin maddi rifahını, sosial-məişət
şəraitini əhəmiyyətli dərəcədə
yaxşılaşdırmış, dağ regionlarının
inkişafına, işləməyən müəssisələrin
fəaliyyətinin bərpasına və yeni iş yerlərinin
açılmasına gətirib
çıxarmışdır.
Kənd təsərrüfatının
maddi-texniki bazasını möhkəmləndirmək,
istehsalçılara texniki xidməti daha da genişləndirmək
məqsədilə ölkə başçısı
İlham Əliyevin "Aqrar bölmədə lizinqin
genişləndirilməsi sahəsində əlavə tədbirlər
haqqında" 23 oktyabr 2004-cü il tarixli sərəncamı ilə "Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyətinin yaradılması da
aqrar sektorun inkişafına mühüm töhfə
olmuşdur.
Prezident İlham Əliyev
ölkədə davamlı sosial-iqtisadi tərəqqinin təmin
edilməsi məqsədilə "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nı təsdiq etməsi
aqrar sektorun daha da inkişafına, bölgələrdə
yeni infrastrukturların yaradılmasına, sahibkarlıq
mühitinin genişləndirilməsinə, yeni iş yerlərinin
açılmasına və əhalinin sosial rifah halının
daha da yüksəldilməsinə gətirib
çıxaracaqdır. Əldə olunmuş makroiqtisadi
nailiyyətlər əsası Heydər Əliyev tərəfindən
möhkəm təməl üzərində qurulmuş iqtisadi
siyasət strategiyasının müasir mərhələdə
uğurla davam etdirilməsinin nəticəsində
mümükün olmuşdur.
Tahir Süleymanov,
Milli Məclisin deputatı
Azərbaycan.-2009.-7 may.-S.2.