Ümummilli lider Heydər Əliyevin siyasi irsi əbədi yaşayacaqdır

 

Bakı Dövlət Universitetində (BDU) xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir.

Tanınmış alimlərin, təhsil işçilərinin tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin Vətən xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışmış, ümummilli liderin nurlu ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişdir.

Ölkəmizin iqtisadiyyatında, elm, təhsil digər sahələrdə qazanılan nailiyyətləri xatırladan rektor, bütün bunların Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu diqqətə çatdırmışdır.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, əvəzsiz liderlik bacarığından, dövlət idarəçilik təcrübəsindən ətraflı bəhs etmişdir.

1988-1992-ci illərdə ölkəmizdə baş verən hərc-mərcliyi, özbaşınalıqları xatırladan natiq 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışından sonra tam sabitliyin əmin-amanlığın bərqərar olduğunu, respublikamızın sürətli inkişaf yoluna çıxdığını söyləmişdir.

Z.Əsgərov dahi rəhbər Heydər Əliyevin müasir dövlətimizin yaranmasında, tərəqqisində dünyaya tanınmasında, milli ideologiyamızın formalaşmasında müstəsna xidmətlərini qeyd edərək, onun siyasi irsinin əbədi yaşayacağını vurğulamışdır.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, professor İzzət Rüstəmov digər natiqlər ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan danışmış, onun ölməz ideyalarının əhəmiyyətini vurğulamışlar.

Sonra BDU-nun xeyli sayda əməkdaşları tələbələri Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 may.-S.6.