Sənaye Energetika Nazirliyində yunanıstanlı deputatlarla görüş

 

Mayın 6-da Sənaye Energetika Nazirliyində Yunanıstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Konstantinos Tsiarasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Görüşdə Milli Məclisin Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Hadi Rəcəbli Yunanıstanın Azərbaycandakı səfiri İonannis Metaksas iştirak etmişlər.

Nazir müavini Gülməmməd Cavadov iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi enerji sahələrində genişləndiyini vurğulayaraq bildirmişdir ki, bu səfər həmin əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Həmçinin nazir müavini Azərbaycan ilə Yunanıstan arasında təşəkkül tapmış əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edərək demişdir ki, bəzi beynəlxalq layihələrin reallaşdırılması, xüsusilə Azərbaycanın enerji daşıyıcılarının Yunanıstan vasitəsilə Avropaya ötürülməsi sahəsində yaxşı perspektivlər var onların həyata keçirilməsi regionun iqtisadi inkişafına, sabitliyin təhlükəsizliyin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

G.Cavadov yunanıstanlı qonaqlara respublikamızın bugünkü sosial-iqtisadi vəziyyəti barədə ətraflı məlumat vermiş, ölkəmizin təşəbbüsçüsü təşkilatçısı olduğu böyük enerji layihələrinin həyata keçirilməsinin Azərbaycanın iqtisadi siyasi mövqeyinin daha da möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırmışdır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanmışdır.

Nümayəndə heyətinin rəhbəri Konstantinos Tsiaras bildirmişdir ki, Yunanıstan Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyir qurumla daha sıx yaxınlaşmaqda ölkəmizə yardım göstərmək üçün öz təcrübəsini bölüşməyə hazırdır. İki ölkə arasında əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edən Konstantinos Tsiaras, yunanıstanlı deputatların səfərini Azərbaycan ilə əməkdaşlığa ölkəsinin verdiyi yüksək qiymətin təzahürü olduğunu söyləmişdir.

Qeyd edilmişdir ki, səfərdən əsas məqsəd ölkələrimiz arasında mümkün əməkdaşlıq imkanlarını araşdırmaqdır. Qonaq bildirmişdir ki, ölkəsi enerji sektoruna maraq göstərir Azərbaycan ilə bu sahədə əməkdaşlığın tərəfdarıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 may.-S.6.