Azərbaycan beynəlxalq Düşənbə
caz festivalında təmsil olunmuşdur
İsveçrənin Mədəniyyətin və İncəsənətin İnkişafı Proqramı çərçivəsində Tacikistanın "Baktriya" Mədəniyyət Mərkəzinin və Milli Konservatoriyasının təşkilatçılığı ilə Düşənbə şəhərində beynəlxalq caz festivalı keçirilmişdir. Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistan cazmenlərinin qatıldığı festivalda ölkəmizi Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinin dekanı Gülzar Mahmudovanın rəhbərliyi ilə "Caspian Jazz Group" təmsil etmişdir.
Festival çərçivəsində təşkil olunmuş 3 qala-konsertdə, ustad dərslərində, mühazirə-konsert və "dəyirmi masa"larda Azərbaycan cazmenləri yaxından iştirak etmişlər. Festivalın son günü isə "Caspian Jazz Group" Tacikisitan Milli Konservatoriyasında qala-konsert vermişdir. Ansamblın ifası yüksək qiymətləndirilmişdir. Bakı Musiqi Akademiyası və Tacikistan Milli Konservatoriyası arasında qarşılıqlı əməkdaşlıq haqqında razılaşma əldə olunmuşdur.
Qulu Kəngərli,
AzərTAc-ın xüsusi müxbiri
Düşənbə.
Azərbaycan.-2009.-7 may.-S.7.